Hayastan terrorçuları
qəhrəman kimi təqdim edir
Rəsmi İrəvan dövlət
siyasəti səviyyəsində
yürütdüyü rəzalətdən
əl çəkmir
Bu günə kimi Hayastanda mövcud olan hakimiyyətlərin hamısı üçün
terrorizm xüsusi rəğbət doğurub.
Hətta iş o yerə çatıb ki, insanlığa qarşı
saysız-hesabsız cinayətlər
törətmiş erməni
caniləri məğlub
ölkədə "qəhrəman"
kimi təqdim olunur, onların nifrətamiz xatirəsi əbədiləşdirilir, abidələri
ucaldılır, anım
mərasimləri keçirilir.
Beynəlxalq ictimaiyyətin
təzyiqini və təpkisini görməyən
erməni terrorizmi nəticə etibarilə
XX əsr boyu daha da genişlənərək
bütün dünya üçün qlobal təhlükəyə çevrilmişdir.
Başda ASALA olmaqla, erməni terror təşkilatları
Azərbaycan və Türkiyə ilə yanaşı, Avropa,
Amerika, Rusiya, İran və
Livanda müxtəlif
terror aksiyaları həyata
keçiriblər.
Avropa ölkələri
və ABŞ vətəndaşlarına
qarşı da qətliamlar
törədən erməni
terrorçuların Hayastanda
"qəhrəman" səviyyəsinə
yüksəldilməsi bu
dövlətin terrorçu
mahiyyətini açıq
göstərir. Məsələn,
erməni cəmiyyətində
terrorçuların qəhrəmanlaşdırılması
mərasimlərindən biri
də "Lissabon
5"dir. Hər
il 27 iyul tarixində bu mərasim Amerika Birləşmiş Ştatları,
Fransa, Livan erməniləri
tərəfindən də
qeyd olunur. Adətən, belə tədbirlərdə erməni
ruhaniləri "öz
ləyaqətli ölümləri
ilə erməni icmasını sarsıtmış
azadlıq uğrunda canlarından keçən
qəhrəmanların" şərəfinə rekviyemlər
söyləyirlər.
Məlumat üçün
qeyd edək ki,
1983-cü il iyulun 27-də Sarkis Abrahamyan, Setrak Acemyan, Vaçe Dağlıyan, Ara Kurcuhliyan
və Simon Yahneyan Lissabondakı Türkiyə
səfirliyinə daxil
olaraq müvəqqəti
işlər vəkilinin
xanımı Cahidə
Mıhıçoğlunu və
17 yaşlı oğlu
Atasayı girov götürüblər. Portuqaliya
Baş naziri Mario Soaresin hadisə yerinə göndərdiyi
170 polis səfirliyin binasını
mühasirəyə alıb.
Terrorçular diplomatın
xanımını və
bir Portuqaliya polisini qətlə yetirərək özləri
ilə bərabər binanı partladıblar.
Təkcə 1979-1984-cü illərdə ermənilər
dünyanın ayrı-ayrı
ölkələrində 42 türk diplomatını qətlə yetiriblər. Azərbaycanda isə
1984-cü ildə Bakı
şəhərində 106 saylı
marşrut avtobusu erməni terrorçusu Vartanov tərəfindən
partladılıb, nəticədə
1 qadın həlak olub, 3 nəfər yaralanıb. 16 sentyabr
1989-cu ildə Tbilisi-Bakı
marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılıb, 5 nəfər
həlak olub, 25 nəfər yaralanıb.
13 fevral 1990-cı ildə
Yevlax-Laçın avtomagistralının
105-ci kilometrində Şuşa-Bakı
marşrutu ilə hərəkət edən avtobus partladılıb, 13
nəfər azərbaycanlı
yaralanıb. 10 avqust
1990-cı ildə Xanlar
rayonunun (indiki Göygöl rayonu) Nadel kəndi yaxınlığında
LAZ markalı avtobus partladılıb, nəticədə
17 nəfər həlak
olub, 16 nəfər yaralanıb. Ermənilərin
hələ sovet hakimiyyəti dövründə
sərnişin avtobuslarında
azərbaycanlılara, o cümlədən
ayrı-ayrı mülki
şəxslərə və
dövlət obyektlərinə
qarşı həyata
keçirdikləri terror aktlarının
sayı onlarladır.
Lakin erməni terrorizmi təkcə azərbaycanlılara
və türklərə
qarşı yönəldilməyib.
1977-ci il yanvarın 8-də Moskva metrosunun "İzmayılov"
və "1 May" stansiyaları
arasında partlayış
olub. Rəsmi məlumatlarda 7 nəfərin
öldüyü, 40-dan artıq
isə yaralının
olduğu bildirilib. Elə həmin gün bir qədər
sonra Moskva metrosunda daha 2 partlayış baş verib. Sentyabrın 3-də partlayışda
təqsirli bilinən
Stepan Zatikyan, Akop Stepanyan və Zaven Baqdasaryan İrəvanda saxlanılıblar. 1979-cu il dekabrın
23-də İtaliyada Fransa
aviakampaniyasının qarşısında
partlayış törədilib.
Məsuliyyəti üzərinə
götürən ASALA bununla
Fransada yaşayan ermənilərə guya repressiv münasibətə
son qoyulmasına çağırış
etdiyini bildirmişdi.
1980-ci il fevralın 18-də İtaliyada
daha bir partlayış olur. ASALA
"Suis Eyr" və
"Lüfthanza" kampaniyalarının
qarşısında törədilən
partlayışla İsveç
və Almaniya hökumətinə erməniləri
həbsə aldığına
görə xəbərdarlıq
etdiyini açıqlayır.
Amma bu hadisələrə
lazımi qiymət verilməməsi ucbatından
erməni terrorizmi getdikcə daha geniş miqyas alır.
SSRİ dağıldıqdan sonra isə Hayastan dövlət
səviyyəsində terroru
dəstəkləyərək onu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə
çevirib. Ötən
əsrin 90-cı illərində
Azərbaycanda sərnişin
və yük qatarlarında, hava nəqliyyatında, Bakı
Metropolitenində və
sərnişin daşıyan
dəniz bərəsində
törədilmiş terror aktlarına
dair çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirilən terror aktları
Hayastan hökuməti tərəfindən
maliyyələşdirilərək bu ölkənin xüsusi xidmət orqanları tərəfindən
həyata keçirilib.
Göründüyü kimi, müsəlmanlara, əsasən
də türklərə
düşmən kimi yanaşan ermənilər özlərinin regionda çirkin ərazi iddialarını gerçəkləşdirmək
üçün amansız
terrordan da istifadə ediblər. Bu gün də həmin ssenari davam edir.
Avropa bəşəriyyət
üçün böyük
bəlaya çevrilən
terrorun artıq acı nəticələrini
hiss etməkdədir. Beynəlxalq
terrorizmin qarşısının
vaxtında alınmaması
və terrordan əziyyət çəkən
ölkələrə biganə
yanaşmanın hansı
dəhşətli fəsadlar
verdiyi isə göz önündədir.
Elçin
CƏFƏROV,
Azərbaycan.-2023.- 27 iyul.- S.6.