Ermənilər
yenə də rasist yanaşmalarını
ortaya qoyurlar
Ağdam-Xankəndi yolundan imtina edənlərin heç bir əsaslı səbəbi yoxdur
Azərbaycan Qarabağda
yaşayan ermənilərin
ərzaq və humanitar yardım tədarükü üçün
Ağdam-Xankəndi yolundan
istifadə etmələri
ilə bağlı təklif irəli sürüb. Burada əsas məqsəd regionda təhlükəsizliyə və
etimad mühiti yaratmağa, eləcə də ermənilərin humanitar yardımla daha asan və
rahat təminatlarına
nail olmaqdır.
Ermənilər isə
Ağdam yolundan istifadədən imtina etməklə hər zaman olduğu kimi, yenə siyasi spekulyasiyalara və riyakarlığa yol verirlər. Lakin Ermənistan unutmamalıdır ki, suveren ərazilərimizdə
kommunikasiyaların hərəkətinin
müəyyən edilməsi,
istiqamət və səmtlərin dəyişdirilməsi
rəsmi Bakının
müstəsna hüququdur.
Həmçinin nəzərə
almaq lazımdır ki, Ağdamdan Xankəndiyə gedən yol ən yüksək
beynəlxalq standartlara
cavab verir. Yəni yoldan imtina etmək üçün ermənilərin
hansısa bəhanə
uydurmalarına heç
bir səbəb yoxdur.
Mövzu ilə
bağlı Milli Məclisin deputatlarının
fikirlərini öyrəndik.
Onların sözlərinə
görə, Laçın-Xankəndi yoluna alternativ olan Ağdam-Xankəndi yolunun açılması təşəbbüsü
Azərbaycanın daxili
işi olduğuna görə bu məsələyə heç
kimin müdaxilə etmək haqqı yoxdur.
Ağdam yolu humanitar yardımların çatdırılması üçün
daha sərfəlidir
Milli Məclisin
deputatı Asim Mollazadə qeyd edib ki, Qarabağda
yaşayan ermənilərə
zəruri yardımlar Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmalıdır:
"Bütün beynəlxalq
təşkilatlar da bunu qəbul etməlidirlər. Nəzərə
almaq lazımdır ki, Azərbaycanın bu təklifi Brüssel görüşündə
Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişel tərəfindən də
dəstəklənib. Yəni
beynəlxalq qurumlar ermənilərə humanitar
yardım göndərmək
istəyirlərsə, bunu
Ağdam yolu vasitəsilə həyata keçirə bilərlər.
Əks halda, bu, Azərbaycanın ərazi bütövlüyünə
hörmətsizlik deməkdir".
Deputatın dediyinə
görə, bu
yol daha qısa olduğuna görə Qarabağda yaşayan ermənilərə
ərzaq tədarükünün
həmin marşrutla çatdırılması daha
ucuz başa gələ bilər. Bu, maddi və
logistik baxımdan daha sərfəlidir. Belə olan halda, bu təklifin
ermənilərin etirazına
səbəb olmasının
arxasında başqa amillər dayanır. Görünür, bizim haqlı təklifimiz onları mitinqə həvəsləndirən qüvvələrə
sərf etmir.
Azərbaycanın tələbi
beynəlxalq normalara uyğundur
Milli Məclisin
deputatı Sahib Alıyev qeyd edib ki, Azərbaycanın
Qarabağdakı haydillilərə
və haylara humanitar yardımların daşınması üçün
Ağdam-Xankəndi yolundan
istifadə edilməsi
barədə çağırışı
və tələbi beynəlxalq normalara uyğundur. Qarşı tərəfin, guya blokada da saxlandıqlarını
iddia edənlərin isə həmin yolu beton dirəklər
yerləşdirərək bağlamaları
anormal və gülüncdür.
Deputatın fikrincə,
bu, aysberqin sadəcə görünən
tərəfidir. "Qarabağda,
Xankəndidə mitinqə
çıxanların və
onları mitinqə çıxardanların Azərbaycanın
tərkibində olmaq istəmədiklərini bildirmələrinin
səbəbləri müxtəlifdir.
Onlar bir tərəfdə blokdada olduqları haqda çığır-bağır salır, digər tərəfdə özləri
Ağdam yolunu bağlayırlar. Deyəsən
ermənilər Marseldəki,
Koliforniyadakı və
hətta Krasnodardakı
soydaşlarının yanına
getmək istəyirlər",
- deyə deputat bildirib.
Sahib Alıyev deyib ki, onlar
XIX əsrdə bizim torpaqlarımıza yerləşdirildikləri
kimi, indi də həmin şəhərlərdə yerləşdirilmələrin
arzusu ilə yaşayırlar: "Ədalət
naminə etiraf etmək lazımdır ki, sözügedən yerlərdəki haylar Qarabağdakı və Ermənistandakı soydaşlarından
qat-qat yaxşı yaşayırlar. Bu, heç kimə, eləcə də Xankəndidə
mitinqə çıxan
ermənilərə sirr
deyil. Onların bu anormal və
gülünc etirazlarının
arxasında dayanan səbəb məhz budur. Ermənistan hökuməti onları yaxşı yaşada bilmədiyi üçün
haylar keyfiyyətli dolanışıq yerləri
axtarırlar. Belə olan halda isə,
bizə yalnız bunu demək düşür. Xoş getdiniz!"
Deputat əlavə
edib ki, hayların Ağdam-Xankəndi
yolundan istifadə etməkdən imtina edərək hay-küy salmaları siyasi spekulyasiyadan başqa bir şey deyil.
Onlar hər zaman olduğu kimi, yenə də rasist yanaşmalarını ortaya
qoyurlar.
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
27 iyul.- S.7.