XİN Azərbaycanın
suverenliyi əleyhinə
Ermənistanın növbəti
təxribatlarına dair
bəyanat yayıb
Azərbaycan Respublikasının
öz sərhədlərinə
nəzarət və Ermənistanın təxribatlarının
qarşısını almaq
məqsədilə təsis
etdiyi Laçın sərhəd buraxılış
məntəqəsinin mövcudluğunu
həzm edə bilməyən Ermənistan
tərəfinin ölkəmiz
ilə razılaşdırmadan
Azərbaycanın suveren
ərazilərinə “humanitar
yük” adı altında avtomobil konvoylarını göndərməsi
Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyinə qəsddir,
Laçın sərhəd
keçid məntəqəsinə
qarşı növbəti
təxribatdır.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər Azərbaycan
Xarici İşlər
Nazirliyinin yaydığı
bəyanatda yer alıb.
Bəyanatda, həmçinin
deyilir: “Ermənistan tərəfinin Moskvada, o cümlədən, hazırkı
vəziyyətlə bağlı
ətraflı müzakirələrin
aparıldığı danışıqlardan
dərhal sonra belə bir addım
atması bu ölkənin prosesdə səmimi olmadığını,
vəziyyəti gərginləşdirməklə
beynəlxalq ictimaiyyəti
çaşdırmaq niyyətində
olduğunu göstərir.
15 iyun tarixində
Laçında sərhədçilərimizin
atəşə tutulması,
qaçaqmalçılıq hallarına cəhd edilməsi daxil olmaqla, Ermənistan tərəfinin sözügedən
təxribatı, bu ölkənin məkrli təcavüzkar siyasətdən
əl çəkmədiyinin
bariz nümunəsidir.
Bu təxribat bir daha göstərir
ki, Ermənistanın
“bölgədə gərgin
humanitar vəziyyət”
iddiaları bu ölkənin manipulyasiyası
və qeyri-qanuni fəaliyyətləri davam
etdirmək niyyətindən
başqa bir şey deyil.
Azərbaycan tərəfinin
erməni sakinlərin
ehtiyaclarının qarşılanması
üçün “Ağdam-Xankəndi”
yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər
irəli sürməsinə
və bu təkliflərin Avropa İttifaqı, Beynəlxalq
Qızıl Xaç Komitəsi tərəfindən
dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bütün
təkliflərə, eləcə
də Azərbaycanın
qeyd etdiyi yollar vasitəsilə BQXK tərəfindən yüklərin
daşınmasına qarşı
çıxması, müvafiq
humanitar fəaliyyətə
maneçilik törədilməsi,
alternativ yollara beton maneələr düzməklə əraziyə
girişin bloklaması
onların humanitar vəziyyət barədə
iddialarının siyasi
şantaj olduğunu göstərir. Bu addımlar, humanitar fəaliyyəti siyasiləşdirməklə
yanaşı, Azərbaycanın
suverenliyi və ərazi bütövlüyünün
tanınmasına dair bəyanatlarla ziddiyyət təşkil edir.
Qeyd edilən təxribatda Avropa İttifaqının Ermənistandakı
Missiyasının və
diplomatik korpusun da alət edilməsi,
bunun əvvəlcədən
planlaşdırılmış addım olduğunu nümayiş etdirib.
Bu kimi təxribatlardan əl çəkməyi Ermənistan tərəfindən bir daha tələb edirik”.
Azərbaycan.-2023.- 27 iyul.- S.1.