Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının
Mənzil İnşaatı
Dövlət Agentliyinin
sərəncamında olan
mənzilləri vətəndaşların
güzəştlə əldə
etməsi Qaydasında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
16 noyabr tarixli 1113 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, № 11, maddə 1820; 2017, № 5, maddə 821, № 11, maddə
2006; 2018, № 2, maddə 181, № 5, maddə 920, № 6, maddə
1196, № 9, maddə 1825; 2019, № 1, maddə 59, № 2, maddə
218, № 5, maddə 837; 2020, № 2, maddə 93; 2022, № 12, maddə
1433) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Mənzil
İnşaatı Dövlət
Agentliyinin sərəncamında
olan mənzilləri vətəndaşların güzəştlə
əldə etməsi Qaydası"na aşağıdakı
məzmunda 5.4-1-ci bənd
əlavə edilsin:
"5.4-1. Bu Qaydanın
5.4-cü bəndində göstərilən
sənədlərin Elektron
Hökumət İnformasiya
Sistemi vasitəsilə
müvafiq dövlət
orqanından (qurumundan)
əldə edilməsi
mümkün olduqda, həmin sənədlər
müraciəti göndərən
şəxsdən tələb
edilmir. Belə sənədlərin Elektron
Hökumət İnformasiya
Sistemi vasitəsilə
əldə edilməsi
mümkün olmadığı
hallarda onların təqdim edilməsi müraciəti göndərən
şəxsin razılığı
ilə sorğu əsasında müvafiq dövlət orqanından
(qurumundan) tələb
olunur və ya müraciəti göndərən şəxs
tərəfindən təmin
edilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 iyul 2023-cü il
Azərbaycan.-2023.-
27 iyul.- S.2.