Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş DOST mərkəzlərində xidmət
göstərilməsi Qaydasında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 10
dekabr tarixli 387 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, № 12 (I kitab), maddə
2544; 2019, № 7, maddələr 1213, 1233, № 12,
maddə 1935; 2020, № 8, maddə
1039; 2021, № 5, maddə 435, № 6 (I kitab), maddələr 579,
583, № 8, maddə 922, № 9, maddələr
983, 987, № 11, maddə 1212, № 12, maddə 1403; 2022, № 12, maddə
1448; 2023, № 2, maddə 219; Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 12 iyul tarixli 2210 nömrəli Fərmanı) ilə təsdiq edilmiş
"DOST" mərkəzlərində xidmət göstərilməsi
Qaydası"na aşağıdakı
məzmunda 4.1-1 və
4.8-1-ci bəndlər əlavə
edilsin:
"4.1-1. Vətəndaşın əldə etmək istədiyi xidmətlə bağlı tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq
dövlət orqanından
(qurumundan) əldə
edilməsi mümkün
olduqda, həmin sənədlər vətəndaşdan
tələb edilmir. Belə sənədlərin
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün
olmadığı hallarda
onların təqdim edilməsi vətəndaşın
razılığı ilə
sorğu əsasında
müvafiq dövlət
orqanından (qurumundan)
tələb olunur və ya vətəndaş
tərəfindən təmin
edilir.";
"4.8-1. Səyyar xidmət
göstərilməsi zamanı
tələb olunan sənədlər bu Qaydanın 4.1-1-ci bəndinə
uyğun olaraq əldə edilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 iyul 2023-cü il
Azərbaycan.-2023.-
27 iyul.- S.2.