Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsində
dəyişiklik edilməsi
haqqında Azərbaycan
Respublikasının 2023-cü il 9 iyun tarixli
904-VIQD nömrəli Qanununun
tətbiqi və Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 22
yanvar tarixli 265 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsində
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 9 iyun tarixli 904-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin 67-1.6-cı maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
1.2. həmin Məcəllənin
67-1.4.5-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. dövlət hesabına
göstərilən hüquqi
yardıma görə
vəkilə ödənilən
haqqın məbləğinin
dəyişdirilməsi zərurətini
öyrənsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.2. "Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsində
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 9 iyun tarixli
904-VIQD nömrəli Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan Respublikasının
Vəkillər Kollegiyasına
tövsiyə edilsin ki, "Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsində
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 9 iyun tarixli
904-VIQD nömrəli Qanunundan
irəli gələn məsələlərin həlli
üçün zəruri
tədbirlər görsün.
4. "Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 22
yanvar tarixli 265 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 1, maddə 44; 2002, ¹ 8, maddə 478; 2006, ¹ 8, maddə
677, ¹ 12, maddə 1034; 2007, ¹ 3, maddə 226; 2009, ¹ 6, maddə
414; 2011, ¹ 11, maddə 1009; 2016, ¹ 3, maddə 471, ¹ 6, maddə
1045; 2017, ¹ 3, maddə 352, ¹ 4, maddə 551, ¹ 8, maddə
1517; 2018, ¹ 11, maddə 2261; 2019, ¹ 6, maddə 1030, ¹ 12, maddə
1931; 2020, ¹ 11, maddə 1358; 2021, ¹ 7, maddə 737; 2022, ¹ 5, maddə
476; 2023, ¹ 1, maddələr 85, 98; Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
3 iyun tarixli 2166 nömrəli Fərmanı)
aşağıdakı dəyişikliklər
edilsin:
4.1. 2.1-1-ci bənddə
"118.2-ci maddəsində" sözləri "67-1.6-cı və
118.2-ci maddələrində" sözləri ilə əvəz edilsin;
4.2. 2.6-cı bəndə "Məcəllənin" sözündən
sonra "67-1.4.5-ci," sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 iyul 2023-cü il
Azərbaycan.-2023.-
27 iyul.- S.3.