Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 20 aprel tarixli 877 nömrəli Fərmanı ilə təsdiq edilmiş İnvestisiya təşviqi
sənədini almış
hüquqi şəxslərə
və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların
və qurğuların
idxalı üçün
təsdiqedici sənədin
verilməsi Qaydasında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
20 aprel tarixli 877 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, № 4, maddə 682; 2019, № 2, maddə 241; 2022, № 8, maddə
858, № 12, maddə 1423) ilə
təsdiq edilmiş
"İnvestisiya təşviqi
sənədini almış
hüquqi şəxslərə
və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların
və qurğuların
idxalı üçün
təsdiqedici sənədin
verilməsi Qaydası"na
aşağıdakı məzmunda
2.2-1-ci bənd əlavə
edilsin:
"2.2-1. Təsdiqedici sənədi almaq üçün tələb
olunan sənədlərin
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq
dövlət orqanından
(qurumundan) əldə
edilməsi mümkün
olduqda, həmin sənədlər sahibkardan
tələb edilmir. Belə sənədlərin
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün
olmadığı hallarda
onların təqdim edilməsi sahibkarın razılığı ilə
sorğu əsasında
müvafiq dövlət
orqanından (qurumundan)
tələb olunur və ya sahibkar
tərəfindən təmin
edilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 iyul 2023-cü il
Azərbaycan.-2023.-
27 iyul.- S.3.