Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
fəaliyyətinin təmin
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 n?mr?li Fərmanında (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 9, maddə 858; 2013, ¹ 2, maddə 109, ¹ 3, maddə
254, ¹ 4, maddə 377; 2014, ¹ 2, maddə 117, ¹ 5, maddə 486,
¹ 9, maddələr 1027, 1044, 1048; 2015, ¹ 6, maddə 708, ¹ 8, maddə
917, ¹ 10, maddə 1122; 2016, ¹ 2 (II kitab), maddə 251, ¹ 5, maddə 852, ¹ 8, maddə
1384, ¹ 9, maddə 1464; 2017, ¹ 2, maddə 174, ¹ 4, maddə
564, ¹ 5, maddə 809, ¹ 8, maddələr
1521, 1531; 2018, ¹ 3, maddə 437, ¹ 6, maddə 1242, ¹ 10, maddə
2013, ¹ 11, maddə 2553; 2019, ¹ 1, maddə 61, ¹ 4, maddə
647; 2020, ¹ 8, maddələr 1039, 1044, 1047;
2021, ¹ 8, maddə 919, ¹ 9, maddə
990, ¹ 11, maddə 1217; 2022, ¹ 5, maddə 475, ¹ 10, maddə
1133, ¹ 11, maddə 1264; 2023, ¹ 1, maddə 84, ¹ 2, maddə
245; Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
31 may tarixli 2154 və 2161 nömrəli fərmanları) aşağıdakı
dəyişikliklər edilsin:
1. 5.3-cü bəndə "dəyişdirilməsi"
sözündən sonra
", şəxsiyyət vəsiqəsinə
yerləşdirilən elektron
daşıyıcıda (çipdə)
məlumatların dəyişdirilməsi"
sözləri əlavə
edilsin.
2. 5.7-ci bənd
üzrə:
2.1. birinci abzasda
"əməliyyatların" sözü "əməliyyatlar
və onların" sözləri ilə əvəz edilsin;
2.2. 5.7.1-ci yarımbənd aşağıdakı redaksiyada
verilsin:
"5.7.1. daşınmaz əmlak üzərində
mülkiyyət və
digər əşya hüquqlarının dövlət
qeydiyyatına alınması
barədə çıxarışların,
texniki pasportların verilməsi;";
2.3. 5.7.3-cü yarımbənd ləğv edilsin;
2.4. 5.7.4-cü yarımbənddən
"torpaq üzərində
mülkiyyət hüquqlarının
təkrar dövlət
qeydiyyatına alınması
barədə çıxarışın,
həmin" sözləri
çıxarılsın;
2.5. aşağıdakı məzmunda 5.7.5 - 5.7.15-ci yarımbəndlər
əlavə edilsin:
"5.7.5. daşınmaz əmlakın real bazar dəyərinin qiymətləndirilməsinə dair arayışın verilməsi;
5.7.6. daşınmaz əmlakın dövlət
reyestrindən əmlakın
təsviri və ünvanı barədə
məlumatların verilməsi;
5.7.7. daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) sxematik bölgüsünün
aparılması və
bölgü planının
verilməsi;
5.7.8. torpaq sahəsinin
döngə nöqtələrinin
koordinatlarının yerdə
(naturada) müəyyən
edilməsi;
5.7.9. daşınmaz əmlakın qeydiyyatı
və kadastrı ilə bağlı arxiv arayışlarının,
hüquqi və texniki sənədlərin
(planların) təsdiq
edilmiş surətlərinin
verilməsi;
5.7.10. yerquruluşu planının
verilməsi;
5.7.11. daşınmaz əmlak obyektlərinə
ünvanların verilməsi;
5.7.12. ünvan reyestri məlumat bazasından arayışların verilməsi;
5.7.13. ünvan xəritələrindən
çıxarışların verilməsi;
5.7.14. daşınmaz əmlaka dair texniki sənədlərin
dublikatının verilməsi;
5.7.15. daşınmaz əmlakın dövlət
reyestrində qeydiyyata
alınmış hüquqların
qeydiyyatının ləğv
edilməsi;".
3. 5.20.2-ci yarımbəndin sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz olunsun və aşağıdakı
məzmunda 5.21 - 5.24-cü bəndlər
əlavə edilsin:
"5.21. energetika sahəsində
xidmətlərin göstərilməsi
ilə bağlı:
5.21.1. ixrac məqsədli
neft-qaz fəaliyyəti
üçün podratçılara
və subpodratçılara
xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin
verilməsi;
5.21.2. ixrac nəzarətinə
düşən malların
(işlərin, xidmətlərin,
əqli fəaliyyətin
nəticələrinin) ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi;
5.21.3. mülki dövriyyənin
müəyyən iştirakçılarına
mənsub ola bilən və dövriyyədə olmasına
icazə əsasında
yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə
icazənin verilməsi;
5.21.4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən müəyyən
edilən güc həddindən yuxarı elektrik enerjisinin istehsalına icazənin verilməsi;
5.21.5. elektrik enerjisinin nəqlinə icazənin verilməsi;
5.21.6. elektrik enerjisinin paylanmasına icazənin verilməsi;
5.21.7. elektrik enerjisinin ixrac və idxal
edilməsinə icazənin
verilməsi;
5.21.8. qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi;
5.21.9. qazın nəqli üçün icazənin
verilməsi;
5.21.10. qazın paylanmasına icazənin verilməsi;
5.21.11. yeraltı qaz anbarlarının işlənməsi,
tikilməsi və istismarına icazənin verilməsi;
5.21.12. neft və qaz
yataqlarının kəşfiyyatına
icazənin verilməsi;
5.21.13. neft və qaz
yataqlarının işlənməsinə
və hasilatına icazənin verilməsi;
5.21.14. neft və neft
məhsullarının emalına
icazənin verilməsi;
5.21.15. neft və neft
məhsullarının boru
kəmərləri vasitəsilə
nəqlinə icazənin
verilməsi;
5.22. təhsil sahəsində xidmətlərin göstərilməsi
ilə bağlı:
5.22.1. təhsilalanlara təhsil müəssisələrində təhsil almalarına dair arayışların verilməsi;
5.22.2. sertifikatlaşdırmadan keçmiş
təhsilverənlərə sertifikatların verilməsi;
5.23. fövqəladə hallar sahəsində xidmətlərin
göstərilməsi ilə
bağlı:
5.23.1. təhlükə potensiallı
obyektlərin dövlət
reyestrində qeydiyyatdan
keçirilməsi barədə
çıxarışın verilməsi;
5.23.2. partlayıcı maddələrin
və qurğuların,
tezalışan maddələrin
və pirotexniki məmulatların dövriyyəsinə
xüsusi icazənin verilməsi;
5.24. ətraf mühitin mühafizəsi sahəsində
xidmətlərin göstərilməsi
ilə bağlı:
5.24.1. atmosfer havasına zərərli maddələrin
atılmasına və
zərərli fiziki təsirlərə icazənin
verilməsi;
5.24.2. balıqovlama biletinin verilməsi;
5.24.3. ovçuluq fəaliyyəti
ilə məşğul
olmaq istəyən şəxslərə ovçuluq
biletinin verilməsi, biletin müddətinin uzadılması;
5.24.4. ozondağıdıcı maddələr
və tərkibində
belə maddələr
olan məhsulların dövriyyəsinə xüsusi
icazənin verilməsi.".
4. 6-cı hissəyə
"Kənd Təsərrüfatı
Nazirliyinə," sözlərindən
sonra "Energetika Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə,
Elm və Təhsil Nazirliyinə, Fövqəladə
Hallar Nazirliyinə,"
sözləri əlavə
edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 iyul 2023-cü il
Azərbaycan.-2023.-
27 iyul.- S.3.