Azərbaycan
Respublikası Prezidentinin
1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət müəssisələrinin
(obyektlərinin) müqavilə
əsasında idarəetməyə
verilməsi haqqında
Əsasnamədə dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 1996-cı il
9 fevral tarixli 437 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, ¹ 10, maddə 640; 2006, ¹ 7, maddə 590; 2009, ¹ 2, maddə
70; 2010, ¹ 7, maddə 610; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə
1384; 2022, ¹ 12, maddə 1431; Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 2 sentyabr tarixli 395 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş "Dövlət
müəssisələrinin (obyektlərinin) müqavilə
əsasında idarəetməyə
verilməsi haqqında
Əsasnamə"yə aşağıdakı
məzmunda 3.1.6-1-ci yarımbənd
əlavə edilsin:
"3.1.6-1. Müsabiqədə iştirak etmək üçün tələb
olunan sənədlərin
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq
dövlət orqanından
(qurumundan) əldə
edilməsi mümkün
olduqda, həmin sənədlər iştirakçılardan
tələb edilmir. Belə sənədlərin
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün
olmadığı hallarda
onların təqdim edilməsi iştirakçının
razılığı ilə
sorğu əsasında
müvafiq dövlət
orqanından (qurumundan)
tələb olunur və ya iştirakçı
tərəfindən təmin
edilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 iyul 2023-cü il
Azərbaycan.-2023.-
27 iyul.- S.3.