Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 29 may tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mikro, kiçik və orta sahibkarlıq
subyektlərinin rəqabətqabiliyyətli
istehsalının stimullaşdırılması
məqsədilə daxili
bazar araşdırmalarına
dövlət dəstəyi
göstərilməsi Qaydasında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 29
may tarixli 713 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, № 5, maddə 865; 2020, № 8, maddə 1039) ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlıq
subyektlərinin rəqabətqabiliyyətli
istehsalının stimullaşdırılması
məqsədilə daxili
bazar araşdırmalarına
dövlət dəstəyi
göstərilməsi Qaydası"nın
4.1-ci bəndinin ikinci
və üçüncü
cümlələri aşağıdakı
redaksiyada verilsin:
"Müraciət edənin
KOB subyektinə aid olmasının müəyyənləşdirilməsi
üçün tələb
olunan sənədlərin
(kommersiya hüquqi şəxslərin reyestrindən
çıxarış, vergi
uçotuna alınması
haqqında şəhadətnamə,
bu Qaydanın 5.1.2-ci və 5.1.3-cü yarımbəndlərində
göstərilən meyarların
qiymətləndirilməsi ilə
bağlı sənədlər)
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq
dövlət orqanından
(qurumundan) əldə
edilməsi mümkün
olduqda, həmin sənədlər KOB subyektindən
tələb edilmir. Belə sənədlərin
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün
olmadığı hallarda
onların təqdim edilməsi KOB subyektinin razılığı ilə
sorğu əsasında
müvafiq dövlət
orqanından (qurumundan)
tələb olunur və ya KOB subyekti tərəfindən
təmin edilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 iyul 2023-cü il
Azərbaycan.-2023.-
27 iyul.- S.3.