“Azərbaycan
Respublikası Dövlət
Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının
və dövlət qulluqçusu olmayan mülki işçilərinin
aylıq vəzifə
(tarif) maaşlarının
və xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə
maaşlarına xüsusi
rütbəyə görə
əlavə haqqın
məbləğlərinin təsdiq
edilməsi, Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin “Azərbaycan
Respublikası Dövlət
Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının
və dövlət qulluqçusu olmayan mülki işçilərinin
vəzifə (tarif) maaşlarının məbləğlərinin
müəyyən edilməsi
haqqında” 2018-ci il
12 aprel tarixli 146-9 nömrəli və “Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan işçilərinin vəzifə
maaşlarına xüsusi
rütbəyə görə
əlavə haqqın
məbləği”nin təsdiq
edilməsi haqqında”
2010-cu il 4 iyun tarixli 106-6 nömrəli qərarlarının ləğv
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2019-cu il 10 sentyabr tarixli 403 nömrəli Qərarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin
say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
23 may tarixli 3896 nömrəli Sərəncamının
2.2-ci bəndinin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2019-cu il 10 sentyabr tarixli 403 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 9, maddə
1557; 2022, ¹ 6, maddə 680; 2023, ¹ 1, maddə 135) ilə təsdiq edilmiş 1 nömrəli əlavə
– “Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və
dövlət qulluqçusu
olmayan mülki işçilərinin aylıq
vəzifə (tarif) maaşlarının məbləğləri”ndə
dəyişiklik təsdiq
edilsin (əlavə olunur, məxfi).
2. Bu Qərar
2023-cü il mayın
23-dən tətbiq edilir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
25 iyul 2023-cü il
Azərbaycan.-2023.-
27 iyul.- S.4.