İlham
Əliyev sülh gündəliyini dünya mediasının gündəmində
saxlayır
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin yürütdüyü
proaktiv xarici siyasət xətti və hücum diplomatiyası Azərbaycanın
beynəlxalq münasibətlər
sistemində layiqli yer tutması və mühüm aktor kimi çıxış
etməsində önəmli
rol oynayır.
21-23 iyulda "4-cü Sənaye İnqilabı Dövründə Yeni
Media" mövzusunda keçirilmiş
I Şuşa Qlobal
Media Forumunda Prezident İlham Əliyevin açılış çıxışı
və 22 iyulda onun "China Global Television Network" televiziya kanalında yayımlanmış müsahibəsi
məhz ölkə başçısının liderliyi
ilə aparılan proaktiv xarici siyasət və hücum diplomatiyası kontektsində nəzərdən
keçirilməlidir.
Azərbaycan fəal
rəsmi diplomatiya aparır, xarici siyasət həyata keçirir. Diplomatlarımız
bu istiqamətdə əzmlə çalışırlar.
Amma Prezident İlham Əliyevin irəli sürdüyü
proaktiv xarici siyasət və hücum diplomatiyası təkcə rəsmi kanallarla aparılan formal diplomatiya ilə məhdudlaşa bilməz. Bu, özündə daha geniş və daha kompleks yanaşmanı
ehtiva edir. İctimai diplomatiya və beynəlxalq media ilə işləmək medianın
beynəlxalq münasibətlərin
formalaşmasında mühüm
bir faktora və sosial medianın mühüm bir gücə çevrildiyi hazırkı
dövrdə zəruridir.
Prezident İlham Əliyevin I Şuşa Qlobal Media Forumunda çıxışı, iştirakçılarla
ünsiyyəti və
onun "China Global Television Network" televiziya kanalına verdiyi müsahibəsi həmin zərurəti qarşılamaq baxımından
dəyərləndirilməlidir.
Dünyanın müxtəlif
ölkələrindən aparıcı
media nümayəndələrinin
Şuşaya, Azərbaycana
gəlməsi və orada Prezidentlə birbaşa və səmimi sual-cavabı və ünsiyyəti Azərbaycanın informasiya
təhlükəsizliyinin möhkəmləndirilməsinə
xidmət edir. Çünki bu toplantıda Azərbaycan həqiqətləri onlara
birbaşa ölkə
başçısının dilindən çatdırıldı.
Eləcə də Çin kimi dünyada böyük bir güc mərkəzinin
aparıcı televiziya
kanalına verilən müsahibə də eyni missiyanı yerinə yetirdi. Prezident İlham Əliyev bu fürsətlərdən məharət
və ustalıqla istifadə etdi, ölkəmizin daxili və xarici siyasət məsələləri
ilə bağlı fikirlərini, mövqeyini və baxışlarını
çatdırdı, habelə
regional və beynəlxalq vəziyyətlə
bağlı fikirlərini
ifadə etdi. Xüsusən də o, əsas diqqəti Azərbaycanın təşəbbüsü
və diktəsi ilə inkişaf etdirilən və Ermənistanla Azərbaycan
arasında sülhün
bərqərar edilməsini
və böyük sülh sazişinin imzalanmasını nəzərdə
tutan sülh gündəliyinə yönəltməyə
müvəffəq oldu.
Məşhur rusiyalı
hərbi ekspert İqor Korotçenkonun sualına cavab verərkən Prezident İlham Əliyev sülhün təkcə Azərbaycan üçün
deyil, eləcə də bütün region, o cümlədən
və xüsusən də Ermənistan üçün vacib və faydalı olacağını bəyan
etdi, sülhün mahiyyətcə
resursların hərbi
sferadan iqtisadi tərəqqiyə, dinc inkişafa və rifaha yönəldilməsi
demək olduğunu vurğuladı: "Ermənistanla
münasibətlərin tənzimlənməsində
də biz sülh müqaviləsinin
imzalanmasına nail olsaq, bu, ümumiyyətlə,
Cənubi Qafqazda vəziyyəti sağlamlaşdıracaq
və Cənubi Qafqazı yüksək risk zonasından çıxarmış olacaq.
Çünki yüksək
risk zonası təkcə ekspertlərin
qiyməti deyil, bu, həmçinin reytinqlərdir, kreditlənmə
imkanlarıdır. Bunlar
birbaşa olaraq xarici sərmayələrlə
bağlı məsələdir,
xüsusilə indi. İnvestorlar ilk növbədə potensial və mümkün riskləri nəzərə
alırlar. Ermənistanla
münasibətlərin tənzimlənməsi
bu sualı gündəmdən çıxaracaq.
Münasibətlərin normallaşması
həm bizim iqtisadiyyat, həm də Ermənistan iqtisadiyyatı üçün
və ümumiyyətlə,
daha genişmiqyaslı
planların gerçəkləşdirilməsinə
imkan verəcək. Müdafiə potensialı
ilə bağlı bu qədər maliyyələşdirməyə ehtiyac qalmayacaq. Odur ki, müəyyən
maliyyə resursları
ixtiyarımızda sərbəst
olacaqdır".
İyun ayında
Çin televiziyasına
verdiyi müsahibə zamanı da Prezident Ermənistanla sülhə dair Azərbaycanın baxışını
dəqiq ifadə etdi: "Sülh müqaviləsi ilə bağlı mövqeyimiz həmin müqavilənin beynəlxalq hüququn norma və prinsiplərinə
əsaslanmasından ibarətdir.
Biz sülh müqaviləsinin əsasını
təşkil etməli
olan beş beynəlxalq təməl prinsipini hazırladıq. Bir neçə dəfə danışıqlar
aparılıb və iyunun sonunda davam etdiriləcək. Fikir ayrılığının
yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən
Azərbaycanın hissəsi
kimi tanısın. Artıq dediyim kimi, bir - onlar
qeyd etməlidir ki, Qarabağ Azərbaycandır və indi isə, onlar ikincini etməlidirlər: imzalamalıdırlar". Hər iki tədbirdə Qarabağda yaşayan erməni əhalisinin gələcəyi ilə bağlı məsələlərə
də bir daha aydınlıq gətirildi. Prezident açıq şəkildə
bəyan etdi ki, "onların hüquqları və təhlükəsizliyi Azərbaycan
Konstitusiyası əsasında
lazımınca qorunacaq".
Beləliklə, Prezident
İlham Əliyev müəyyən etdiyi proaktiv xarici siyasət və hücum diplomatiyası konsepsiyalarımıza uyğun
olaraq, Ermənistan-Azərbaycan
münaqişəsi ilə
bağlı sülh gündəliyini dünya mediasının gündəmində
saxlayır.
"Əl-Cəzirə" televiziyası, "TASS" xəbərlər
agentliyi, "China Global Television
Network" kimi media qurumlarının Prezidentin
I Şuşa Qlobal
Media Forumunda verdiyi bəyanatlardan,
xüsusən də sülh gündəliyi ilə bağlı səsləndirdiyi mövqedən
bəhs edən reportaj və məqalələr yayımlamaları
bunun konkret təzahürüdür.
Adil ƏLİYEV,
Milli Məclisin
Sədr müavini
Azərbaycan.-2023.-
27 iyul.- S.5.