Ermənistan
tərəfindən nəqliyyat
vasitələrinin “Laçın”
buraxılış məntəqəsində
cəmləşdirilməsi beynəlxalq ictimai rəyi çaşdırmaq
cəhdidir
Azərbaycan Respublikasının
Dövlət Sərhəd
Xidməti iyulun 25-də
“Laçın” dövlət
sərhədindən buraxılış
məntəqəsinin qarşı
tərəfdən olan
girişində Ermənistan
tərəfindən müxtəlif
nəqliyyat vasitələrinin
toplanmasını təşkil
etməklə nümayişkaranə
şəkildə növbəti
təxribat əməli
planlaşdırıldığı barədə məlumat yaymışdı. Azərbaycan
tərəfi Ermənistanı
təxribat xarakteri daşıyan və vəziyyətin gərginləşməsinə
xidmət edən əməllərdən çəkinməyə
çağırmışdı və baş verə biləcək hər hansı hadisəyə görə
məhz rəsmi İrəvanın məsuliyyət
daşıyacağını bildirmişdi. Edilən xəbərdarlıqlara baxmayaraq,
iyulun 26-da Ermənistan
tərəfindən nəqliyyat
vasitələrinin “Laçın”
dövlət sərhədindən
buraxılış məntəqəsində
cəmləşdirilməsi həyata keçirilib. Bu, Ermənistan tərəfinin siyasi şousu, manipulyasiyadır
və növbəti təxribat cəhdidir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi
ərazilərə malların
daşınması üçün
Ağdam-Xankəndi yolundan
istifadə oluna biləcəyini dəfələrlə
bəyan edib. Yolun texniki və
təbii göstəriciləri,
xüsusilə işğaldan
sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə
çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran
şəxslərin bu
yoldan istifadədən
nə üçün
imtina etmələri qətiyyən başadüşülən
deyil. Əslində isə bu, rasizmin
açıq təzahürü
və beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdidir.
Ermənistan bu
addımla siyasi şou yaradır və siyasi möhtəkirlik nümunəsi
ortaya qoyur.
Xarici səfirliklərin,
o cümlədən Avropa
İttifaqının nümayəndələrini
yığıb sərhədə
gətirmək, sözün
əsl mənasında,
məsələdən tamaşa
düzəltmək anlamına
gəlir. Digər tərəfdən, Qərb
ölkələrinin səfirliklərinin
nümayəndələrinin bu tamaşada iştirakı riyakarlıqdan
başqa bir şey deyil.
Ermənistanın və
onun havadarlarının
növbəti şousu
heç bir nəticə verməyəcək
və iflasa məhkumdur.
Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsi imzalamaq niyyətində olduğunu bəyan edib və bununla bağlı təkliflərini də qarşı tərəfə təklif edib. Bu, əraziləri uzun illər işğal altında qalmasına baxmayaraq, ölkəmizin sülhsevər siyasət yürütdüyünü göstərir. Eyni zamanda, Azərbaycan tərəfi Ermənistanı vəziyyəti gərginləşdirəcək hər hansı təxribatçı əməllərdən çəkinməyə çağırıb.
Azərbaycan.-2023.- 27 iyul.- S.8.