Emin
Hüseynov: Bir daha bildiririk ki, Ağdam-Xankəndi yolu malların daşınması üçün
açıqdır
Azərbaycan Respublikası
Dövlət Sərhəd
Xidməti tərəfindən
məlumat verildiyi kimi, Ermənistan tərəfindən nəqliyyat
vasitələrini cəmləməklə
Laçın dövlət
sərhədindən keçid
məntəqəsində siyasi
manipulyasiya və propaqanda məqsədilə
təxribata cəhd göstərilir. Azərbaycan
Respublikası tərəfindən
müxtəlif səviyyələrdə
bəyan edilib ki, Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi
ərazilərə malların
daşınması üçün
Ağdam-Xankəndi yolu
istifadə oluna bilər.
AZƏRTAC xəbər verir ki, bu
sözləri Qarabağ
iqtisadi rayonuna daxil olan işğaldan
azad edilmiş ərazilərdə Azərbaycan
Respublikası Prezidentinin
xüsusi nümayəndəsi
Emin Hüseynov deyib.
E.Hüseynov qeyd
edib: “Yolun texniki və təbii göstəriciləri,
xüsusilə işğaldan
sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə
çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran
şəxslərin bu
yoldan istifadədən
imtina etmələri tamamilə başa düşülən deyil.
Burada məqsəd siyasi şou və siyasi möhtəkirlikdən başqa
bir şey deyil.
Bir daha bildiririk ki, Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır”
Azərbaycan.-2023.- 27 iyul.- S.8.