Ölkəmizin
turistlərin diqqətini
cəlb edən gözəl məkanları
var
Azərbaycan füsunkar
təbiət mənzərələri,
əlverişli iqlimi ilə ilin bütün
fəsillərində turizm
həvəskarlarının diqqətini çəkir.
Gözəlliyi ilə
fərqlənən yay
fəslində, adətən,
bu maraq daha da artır.
Bu da hər
il yay aylarında
respublikamıza gələn
xarici turistlərin sayının yüksəlməsində
özünü göstərir.
İlboyu qonaq-qaralı
olan ölkəmizin zəngin tarixinə, qədim mədəniyyətə
malik olmasına, unikal abidələrinə,
muzeylərinə heyran
qalan turistlər üçün Azərbaycan
eyni zamanda nadir təbii-iqlim xüsusiyyətləri, fauna
və florası ilə heyrətamizdir. Zəngin turizm potensialına malik olan respublikamızın
1200-dən çox irili-xırdalı
çayı, şəlalələri,
palçıq vulkanları,
nadir qoruqları, müalicəvi əhəmiyyətli
narın qumlu çimərlikləri turist
axınına şərait
yaradır. Xəzərin
mirvari boyunbağısı
adlandırılan Bakı
bulvarı, dəniz sahillərində - Lənkərandan
tutmuş Nabranadək
dünya standartları
səviyyəsində yaradılan
istirahət zonaları,
adətən, Azərbaycana
gələn qonaqları
razı salır. Turistlərin daha çox diqqətini çəkən məkanlardan
biri də Prezident İlham Əliyevin tapşırığı
ilə həyata keçirilən, respublikamızın
şimal bölgəsində,
Qusar şəhərindən
30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yaradılan,
məşhur Şahdağ
Qış-Yay Turizm Kompleksidir.
Gələnlərin sayı artıb
Statistik məlumatlar
deməyə əsas verir ki, 2020-ci ildə başlayan, qlobal bəlaya çevrilən, bir sıra sahələr kimi turizm sektorunun
da zəifləməsinə
səbəb olan koronavirus pandemiyasının
vurduğu ziyan aradan qaldırılır.
Artıq bütün dünyanın bəlasına
çevrilən COVID-19 pandemiyasının
səngiməsi respublikamızda
da bu sahənin
dirçəlməsi ilə
nəticələnib. Belə
ki, Dövlət Sərhəd Xidməti bu ilin yanvar-iyun
aylarında Azərbaycana
dünyanın 181 ölkəsindən
918,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43,9 faiz
çox əcnəbi
və vətəndaşlığı
olmayan şəxsin gəldiyi barədə məlumat verib.
Qeyd olunub ki, gələnlərin
32,9 faizi Rusiya Federasiyası, 19,2 faizi Türkiyə, 7,7 faizi
İran, 5,2 faizi Hindistan,
4,9 faizi Gürcüstan,
2,4 faizi Səudiyyə
Ərəbistanı, hər
birindən 2,3 faiz olmaqla Pakistan və Qazaxıstan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri,
1,8 faizi Özbəkistan,
hər birindən 1,5 faiz olmaqla Belarus və Ukrayna, 1,3 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Böyük
Britaniya və Türkmənistan, 12,5 faizi
digər ölkələrin
vətəndaşları olub.
Məlumatda o da
bildirilib ki, 2022-ci ilin eyni dövrü
ilə müqayisədə
Çindən gələnlərin
sayı 7,2, Türkmənistandan
3,9, Hindistandan 3,1, Belarusdan
2,3, Özbəkistandan 2,2, Qazaxıstandan
1,9, Rusiya Federasiyasından
1,9, İsraildən 1,6 dəfə,
ABŞ-dən 44,2 faiz,
Küveytdən 37,2 faiz,
Gürcüstandan 35,5 faiz,
Böyük Britaniyadan
34,6 faiz, Birləşmiş
Ərəb Əmirliklərindən
22,7 faiz, Pakistandan 16,1
faiz, Türkiyədən
15,9 faiz artıb, Səudiyyə Ərəbistanından
gələnlərin sayı
23,6 faiz, İrandan
14,9 faiz, Omandan 9,9 faiz, Ukraynadan 6,2 faiz azalıb.
Ötən ilin
yanvar-iyun ayları ilə müqayisədə
MDB ölkələrindən gələnlərin sayı
1,9 dəfə artaraq
385,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən
gələnlərin sayı
isə 40,0 faiz artaraq 46,7 min nəfər, körfəz
ölkələrindən gələnlərin
sayı 8,9 faiz azalaraq 134,2 min nəfər olub.
İşğaldan azad
olunan ərazilərin
turizm potensialı böyükdür
Yayın qızmar
günlərində turistlər
dəniz, çay kənarlarında, çəmənliklərdə,
ağacların kölgəsində,
bulaqların başında
dincəlməyə, təbiətin
seyrinə çıxmağa
üstünlük verirlər.
İlin isti aylarında istirahət etmək, günlərini xoş keçirmək üçün ölkəmizə
üz tutan əcnəbilərin gedə
biləcəkləri məkanların
sayı artıb.
Müzəffər Azərbaycan
Ordusu 2020-ci ildə 44
günlük Vətən
müharibəsində zəfəri
ilə respublikamızın
20 faiz ərazilərində
Ermənistanın 30 ilə
yaxın davam edən işğalına
son qoydu. Təbiətinin gözəlliyi
və zənginliyi ilə bütün dünyada tayı-bərabəri
olmayan Qarabağ və Şərqi Zəngəzur Azərbaycan
dövlətinin qətiyyətlə
həyata keçirdiyi
geniş və əhatəli quruculuq, bərpa işləri sayəsində yenidən dircəlir. Təcavüzkar
ermənilərin əsirliyindən
azad ediləndən sonra dövlət səviyyəsində bərpa-quruculuq
işləri aparılan
Azərbaycanın mədəniyyət
mərkəzi, Qarabağın
baş tacı Şuşada yeni turizm marşrutları açılır. Şuşaya
Dövlət Turizm Agentliyi tərəfindən
artıq müxtəlif
layihələr formatında
səfərlər də
həyata keçirilir.
Turistlərə Cıdır
düzü, "Vaqif"
məqbərəsi, Mehmandarovların
evi, Bülbülün
ev-muzeyi, Yuxarı Gövhər ağa məscidi, "Güllələnmiş
Heykəllər" meydançası,
Şuşa qalası,
Şuşanın "Gəncə"
qapıları və
"Xarıbülbül" simvolu, "Qazançı"
kilsəsi, Şuşa
"Realnıy" məktəbi
kimi tarixi abidələrlə tanışlıq
imkanı yaradılır.
Erməni vandallarının
işğalından qurtulmuş
Qarabağda, Şərqi
Zəngəzurda bənzərsiz
məkanlar çoxdur.
30 ilə yaxın davam edən işğaldan sonra azadlığa çıxmış
həmin yerlərə
bərpa-quruculuq işlərinin
tamamlanmasından sonra
turistlərin sevə-sevə
gedəcəkləri şübhəsizdir.
Turizm şöhrətini
bərpa edəcəyi,
həm yerli, həm də xarici turistlərin ən çox üz tutduqları məkanlardan biri olacağı günlərin
intizarında olan bölgələrimizdən biri
də möhtəşəm
təbiəti, əlverişli
relyefi, tarixi abidələri, mineral suları ilə məşhur olan Kəlbəcərdir. Dövlət
Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə mətbuata açıqlamasında
Kəlbəcərdə turizm
və rekreasiya zonalarının yaradılmasının
nəzərdə tutulduğunu
bildirib. Vurğulayıb
ki, biz bu
bölgəni, doğrudan
da, dünya üçün çox cəlbedici bölgə kimi təqdim etməliyik. Kənan Quluzadə deyib: "İşğaldan azad edilmiş ərazilərin
geniş turizm potensialı nəzərə
alınaraq, Dövlət
Turizm Agentliyi tərəfindən bir sıra istiqamətdə layihələr reallaşdırılır.
Belə istiqamətlərdən
biri də Kəlbəcərdi. Burada
turizm və rekreasiya zonalarının yaradılması nəzərdə
tutulub. Kəlbəcərin
çox böyük və zəngin turizm potensialı var. Layihələr çoxdur. İstisuyun bərpası və turistlərin bura cəlb olunması da gündəmdə olan məsələdir".
İşğaldan azad
olunmuş ərazilərdə
turizmin inkişafına
müxtəlif yanaşmalar
olduğunu qeyd edən Kənan Quluzadə diqqətə çatdırıb ki, bu, həm rayonlar
üzrədir, həm
də mövzular üzrə, misal üçün, xalçaçılıq,
mətbəxlə bağlı,
muğam ilə əlaqəli inkişafdır.
Layihələr hələ
ki müzakirə mövzusudur, ancaq artıq bu istiqamətdə
ilk addımlar atılıb.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.-
27 iyul.- S.10.