Baş
nazirin müavini Əli Əhmədov Qırğızıstanın Nazirlər
Kabinetinin sədri ilə görüşüb
İyulun 26-da Qırğız
Respublikasında səfərdə
olan Azərbaycan Respublikasının Baş
nazirinin müavini Əli Əhmədov Çolpon-Ata şəhərində
Qırğızıstanın Nazirlər Kabinetinin sədri Akılbek Japarov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə
Azərbaycan ilə Qırğızıstan arasında
müxtəlif sahələrdə
ikitərəfli əlaqələrin
inkişafından məmnunluq
ifadə olunub.
Tərəflər yüksək
səviyyədə keçirilən
qarşılıqlı səfərlərin
və bu səfərlər zamanı
imzalanmış sənədlərin
əməkdaşlığın möhkəmləndirilməsində və genişləndirilməsində
aparıcı rolunu qeyd ediblər.
Çolpon-Ata şəhərində
keçirilən Azərbaycan
Respublikası ilə Qırğız Respublikası
arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə
birgə hökumətlərarası
komissiyanın 5-ci iclasının
vacibliyi vurğulanıb.
Görüşdə Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı tərəfdaşlığının iqtisadi-ticari, investisiya, nəqliyyat-tranzit, kənd təsərrüfatı, mədəni-humanitar, turizm və digər sahələrdə inkişafının perspektivləri müzakirə olunub.
Azərbaycan.-2023.- 27 iyul.- S.5.