Azərbaycan Prezidentinin köməkçisi Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb

 

İyulun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Hikmət Hacıyev Ermənistan ilə Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsi bu xüsusda son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə foto videoların yayılmasının Azərbaycan tərəfində narahatlıq doğurduğunu bildirib.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda Hindistanın bu ölkəyə öldürücü silahlar tədarük etməsi Ermənistanın militarizasiyasına vəziyyətin gərginləşməsinə yol açır Cənubi Qafqaz regionunda davamlı sülhün təhlükəsizliyin bərqərar olmasına maneələr törədir. Bu, həm Hindistanın özünün bəyan etdiyi beynəlxalq hüququn norma prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə bu ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatının tarixiBandunq prinsipləriilə uyğun gəlmir.

Hikmət Hacıyev Hindistan səfirini Azərbaycan tərəfinin ciddi narahatlığının rəsmi Dehlinin diqqətinə çatdırmağa Hindistanı Ermənistana öldürücü silahların tədarükü ilə bağlı qərarını bir daha nəzərdən keçirməyə çağırıb.

Hindistan səfiri Azərbaycan tərəfinin qaldırdığı məqamın aidiyyəti üzrə çatdırılacağını bildirib ikitərəfli münasibətlərdə narahatlıq doğuran məsələlərin müzakirəsi üçün iki ölkə arasında dialoqun aparılmasının vacibliyini qeyd edib.

Hacıyev Azərbaycanın Hindistan ilə dialoqa hər zaman açıq olduğunu bildirib.

 

Azərbaycan.-2023.- 27 iyul.- S.5.