Çolpon-Ata şəhərində Azərbaycan-Qırğızıstan
biznes forumu keçirilib
İyulun 26-da Qırğızıstan
Respublikasının Çolpon-Ata
şəhərində Azərbaycan-Qırğızıstan
biznes forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, biznes
forumda Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə müvafiq dövlət strukturlarının rəhbərləri
və işgüzar dairələrin nümayəndələrindən
ibarət Azərbaycan
Respublikasının nümayəndə
heyəti iştirak edib.
Biznes forumda çıxış edən
Ə.Əhmədov bildirib
ki, son qarşılıqlı
səfərlər zamanı
iki ölkənin prezidentləri tərəfindən
qarşıya qoyulmuş
vəzifələr və
müəyyən edilmiş
istiqamətlər Azərbaycan
və Qırğızıstan
sahibkarları üçün
mühüm siqnaldır.
Azərbaycanın iqtisadi
göstəricilərindən danışan Baş nazirin müavini vurğulayıb ki, 2022-ci ildə ölkə iqtisadiyyatı 4,6 faiz artaraq rekord göstəriciyə – təxminən
80 milyard dollara çatıb.
Biznes forumun iştirakçıları dövlət
tərəfindən Azərbaycanda
investisiya mühitinin yaxşılaşdırılması məqsədilə görülən
tədbirlər, eləcə
də Ələt Azad İqtisadi Zonasının işi haqqında ətraflı məlumatlandırılıblar.
Qırğızıstanın biznes dairələrinin nümayəndələri Azərbaycan
bazarında fəaliyyət
göstərmək üçün
əlverişli şəraiti
daha diqqətlə nəzərdən keçirməyə
dəvət olunublar.
Öz növbəsində
biznes forumda təmsil olunmuş Azərbaycan şirkətlərinin
əməkdaşlığın inkişafı üzrə
konkret təklifləri
müzakirə etməyə
hazır olduqları ifadə edilib.
Biznes forum çərçivəsində Azərbaycan Respublikasının və Qırğızıstan Respublikasının investisiya imkanları ilə bağlı təqdimatlar, eləcə də iki ölkənin sahibkarları və investorları arasında bir sıra görüşlər keçirilib.
Azərbaycan.-2023.- 27 iyul.- S.5.