Azərbaycan
ilə Qırğızıstan
arasında birgə hökumətlərarası komissiyanın
iclası keçirilib
İyulun 26-da Çolpon-Ata
şəhərində Azərbaycan
Respublikası ilə Qırğız Respublikası
arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq
üzrə birgə hökumətlərarası komissiyanın
5-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda
Baş nazirin müavini Əli Əhmədovun başçılıq
etdiyi Azərbaycan Respublikasının nümayəndə
heyəti iştirak edib.
Əvvəlcə Baş
nazirinin müavini, komissiyanın Azərbaycan
Respublikası tərəfindən
sədri Əli Əhmədov və Qırğız Respublikası
Nazirlər Kabineti sədrinin müavini, komissiyanın Qırğızıstan
tərəfindən sədri
Bakıt Torobayev məhdud tərkibdə görüş keçiriblər.
Görüş əsnasında
ikitərəfli gündəlikdə
olan aktual məsələlərə toxunulub.
Sonra iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə Birgə hökumətlərarası komissiyanın iclası olub.
Ə.Əhmədov Azərbaycan
xalqının Ümummilli
Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin
keçirilməsinə görə
Qırğızıstan hökumətinə
təşəkkürünü bildirib.
Tərəflər Azərbaycan-Qırğızıstan
dostluq əlaqələrinin
və strateji tərəfdaşlığının hərtərəfli inkişafından
məmnunluq ifadə ediblər. Vurğulanıb
ki, Azərbaycan və Qırğızıstan
prezidentləri arasında
fəal siyasi dialoq və şəxsi təmaslar ikitərəfli əməkdaşlığın
bütün spektri üzrə yüksək dinamikanı təmin edir.
Söhbət zamanı,
həmçinin iqtisadi-ticari
əlaqələrin müsbət
dinamikası məmnunluqla
qeyd olunub. Bunu 2022-ci ilin yekunlarına dair əmtəə dövriyyəsinin
19 faiz artması da göstərir. Bununla yanaşı, tərəflər qarşılıqlı
ticarətin həcminin
iki ölkənin iqtisadi və mövcud potensialının
inkişafı səviyyəsinə
uyğun olmadığı
barədə ortaq mövqe ifadə ediblər. Bununla bağlı 2023-2028-ci illərdə
ikitərəfli əməkdaşlığın
inkişafı üzrə
kompleks Proqramın hazırlanması və imzalanmasının vacibliyi
qeyd edilib.
Tərəflər, həmçinin
qarşılıqlı investisiya
qoyuluşunun təşviqinə
tərəfdar olduqlarını
bildirib, bu kontekstdə Azərbaycan-Qırğızıstan
İnkişaf Fondunun təsis edilməsi prosedurunun başa çatmasını yüksək
qiymətləndiriblər.
Ə.Əhmədov Azərbaycanda
mövcud olan əlverişli investisiya mühitindən bəhs edib. Qırğız tərəfinin diqqətinə
çatdırılıb ki,
inkişaf etmiş infrastruktur, dövlət səviyyəsində sərmayələrin
qorunması ölkəmizi
investisiya baxımından
cəlbedici edir.
Görüşdə nəqliyyat-tranzit sahəsində
əməkdaşlığın dinamikası da müsbət qiymətləndirilib.
2022-ci ilin yekunlarına
görə, Azərbaycan
ilə Qırğızıstan
arasında yükdaşımaları
təxminən 1,7 dəfə
artıb, tranzit yükdaşımaları iki
dəfə çoxalıb.
Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq
Nəqliyyat Dəhlizinin
aktuallığı qeyd
olunub. Tərəflər
Orta Dəhlizin əlaqələndirilmiş şəkildə
rəqəmsallaşdırılması işinin aparılmasına,
həmçinin bu nəqliyyat istiqamətinə
əlavə yüklərin
cəlb olunması məqsədilə cəzbediciliyinin
artırılmasına dair
razılıq əldə
ediblər.
Tərəflər, həmçinin
bərpaolunan enerji mənbələri, kənd
təsərrüfatı, turizm,
mədəni-humanitar və
digər sahələrdə
ikitərəfli qarşılıqlı
münasibətlərin inkişafı
perspektivlərini müzakirə
ediblər.
Hər iki tərəf qarşılıqlı
faydalı əməkdaşlığın
bütün kompleksi üzrə konstruktiv dialoqun davam edirilməsinə hazır
olduğunu ifadə edib.
İclasın yekunu olaraq Ə.Əhmədov və B.Torobayev Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclasının Protokolunu imzalayıblar.
Azərbaycan.-2023.- 27 iyul.- S.5.