Minsk
qrupu artıq pensiyaya çıxıb
Mövcud olmayan münaqişə ilə bağlı hansısa qrupun yaradılması cəhdi mənasızdır
"Minsk qrupu artıq "pensiya"ya çıxıb və faktiki olaraq mövcud deyil. Ola bilsin, yalnız
kağız üzərində
mövcuddur".
Bu fikirləri Prezident İlham Əliyev bu il fevralın 18-də Münhendə keçirilən
"Dağları aşmaq?
Cənubi Qafqazda təhlükəsizliyin qurulması"
mövzusunda plenar iclasda çıxışı
zamanı deyib. Dövlət başçısı
bu sözləri ilə müharibənin başa çatdığı,
münaqişənin həll
olunduğu bir vaxtda Minsk qrupunun
fəaliyyəti barədə
danışmağın lüzumsuz
olduğunu bir daha diqqətə çatdırıb. Bu, Ermənistanın himayəsini
öz üzərinə
götürən, erməni
lobbisinin əlində
alətə çevrilən
bir sıra dövlətlərə və
siyasi mərkəzlərə
dərs olmalıdır:
guya, münaqişəni
həll etmək məqsədilə yaradılmış
Minsk qrupuna nə əvvəl, nə də indi - xüsusilə savaşın olmadığı
bir məqamda qətiyyən ehtiyacımız
yoxdur! Azərbaycan dövləti Qarabağın
və Şərqi Zəngəzurun taleyini yenidən yazmağa başlayıb, bu bölgənin həyatında
yeni mərhələyə
- quruculuq dövrünə
qədəm qoyulub.
Minsk qrupunun keçmiş missiyasını
Azərbaycan təkbaşına
reallaşdırıb
Uzun on illər boyu öz karyeraları uğrunda mübarizə aparan Minsk qrupunun
həmsədrləri vaxtilə
Azərbaycan və Ermənistan arasında davam edən lazımsız təmasları
faydalı addım kimi dəyərləndirir,
vasitəçilər nəinki
problemin hansısa formada həllinə çalışır, əksinə,
münaqişənin dondurulmasına
cəhd göstərirdilər.
Bunun nəticəsi idi ki, illər
uzunu "münaqişənin
hərbi həlli yoxdur" deyərək işğalçı ilə
işğala məruz
qalanı eyniləşdirirdilər.
Prezident İlham
Əliyev bu barədə I Şuşa
Qlobal Media Forumunda fikirlərini ifadə edib: "Bəziləri çalışırdılar ki,
bu münaqişəni
dondursunlar, danışıqları
sonsuz etsinlər və ictimai diplomatiya təşəbbüsləri
ilə Azərbaycana müəyyən bir əməkdaşlıq təlqin
olunsun".
Görünür, Minsk
qrupu "fəaliyyət"i
müddətində diplomatiyanın
həlli çətin
olan məqamlarda çıxış yolu tapmaq və bunu münaqişə tərəflərinə təqdim
etmək kimi əsas vəzifələrini
unudubmuş.
Keçmiş Dağlıq
Qarabağ münaqişəsinin
tənzimlənməsi məqsədilə
təsis edilən
ATƏT-in Minsk qrupu yarandığı gündən etibarən münaqişə tərəfləri
arasında problemin həllinə yönəlik
heç bir səmərəli təşəbbüs
göstərməsə də,
Azərbaycan müharibənin
hərbi-siyasi yolla həllini istəmədiyi
üçün bu qrupun ədalətli mövqe sərgiləyəcəyinə,
işğalçıya təsir
və təzyiq göstərəcəyinə ümid
edirdi.
Nə az, nə çox - düz 28 il ərzində işğalın
sonlandırılması üçün
bircə dənə də olsa əməli
fəaliyyət ortaya qoymayan Minsk qrupu BMT qətnamələrinin
yerinə yetirilməsi
üçün Ermənistana
nəinki az da olsa beynəlxalq
təzyiq göstərdi,
heç onlara "gözün üstdə qaşın var" deməyi belə lüzum bilmədi.
Bu gün isə Dağlıq Qarabağ problemi yoxdur, Azərbaycan 44 günlük Vətən müharibəsində bu münaqişəni hərbi-siyasi
yolla həll edib, BMT-nin qətnamələrinin
icrasına təkbaşına
nail olub. Belə olan halda Azərbaycanın Cənubi Qafqazda söz sahibinə çevrilməsi bir sıra qüvvələri
narahat edir. Regiona sülhün gətirilməsinin qəti
əleyhinə olan bəzi mənbələr
Minsk qrupunun yarıtmaz fəaliyyətini
bərpa etməyə
çalışırlar. Azərbaycan
üçün Minsk
qrupunun fəaliyyətinin
bərpası cəhdi
isə tamamilə qəbuledilməzdir. Qərb,
o cümlədən ABŞ tərəfindən bu lazımsız qurumun bərpasından ötrü
edilən cəhdlər,
sadəcə, siyasi riyakarlığın təzahürüdür.
Azərbaycan erməni
cinayətlərinə haqq
qazandıran qurumun bərpasına imkan verməyəcək
Qərbin son illərdə bütün
mövzularda Rusiyaya kəskin əks-mövqe sərgilədiyi, onu düşmən hesab etdiyi hər kəsə məlumdur. Lakin təkcə Qarabağ məsələsində
Azərbaycanın maraqlarına
qarşı Rusiya ilə sövdələşməyə
hazır olması da diqqətdən yayınmır. Bu onu deməyə tam əsas verir
ki, Qərb Minsk qrupunun bərpası üçün
Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləri
ilə əlaqədar
süni gündəm yaratmağa cəhdlər edir. Ancaq yarandığı
gündən əsl məramına xidmət etməyən, tarixin arxivinə qovuşan, hətta zaman-zaman "ölü doğulmuş təşkilat" kimi dəyərləndirilən bir
təsisatı yenidən
diriltməyin artıq
mümkün olmadığını
unudur.
Fəaliyyətsizliyi ilə erməni cinayətlərinə, terrorizm
və separatçılığa
haqq qazandıran bu qurumun bərpa
edilməsinə Azərbaycan
heç zaman imkan verməyəcək. Cəmiyyətimizdə bu mövzu ilə bağlı mövcud olan həmrəylik ölkəmizə qarşı
yeni vahid cəbhənin yaradılmasına
mane olacaq. Reallıq budur ki, Minsk qrupunun
vaxtilə təsis edilmə məqsədi və həll etməsi lazım olan münaqişə indi artıq mövcud deyil. Deməli, bu təşkilatın yerinə
yetirmək üçün
barmağını belə
tərpətmədiyi keçmiş
missiyası və yalnız istirahət üçün istifadə
etdiyi vasitəçilik
vəzifəsi gündəmdən
düşmüşdür.
Bu gün Azərbaycan üçün
həlli önəmli
olan məsələlər
10 noyabr üçtərəfli
Bəyanatının müddəalarının
reallaşdırılması, işğaldan azad edilmiş ərazilərimizdə
bərpa və yenidənqurma işlərinin
aparılması, Böyük
qayıdış prosesinin
sürətləndirilməsi, regionda sülh və təhlükəsizliyin
təmin olunmasıdır.
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
28 iyul.- S.5.