Qarabağın tibbi ehtiyacları olan erməni sakinlərinin Laçın sərhəd-buraxılış məntəqəsindən Ermənistana buraxılışı həyata keçirilib

 

Qarabağın erməni əhalisinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Həkəri çayının üzərində Azərbaycan Ermənistan sərhədində fəaliyyət göstərənLaçındövlət sərhədindən buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb.

AZƏRTAC-ın Laçına ezam olunan bölgə müxbiri xəbər verir ki, Xankəndidən Gorus İstiqamətində hərəkət edən 7 nəqliyyat vasitəsi 34 şəxsin buraxılış məntəqəsində qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra Ermənistana keçidi təmin edilib. Həmin 34 şəxsin 11-i Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvü, 12-si tibbi ehtiyacı olan şəxslər onları müşayiət edən 10 ailə üzvü, eləcə 1 nəfər tibb heyəti olub.

Bu, bir daha onu göstərir ki, dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan tərəfindən hər hansı maneə yoxdur. Son günlər Ermənistanın sərhədlə bağlı bəyanat əməlləri isə sırf təxribat xarakteri daşıyır.

 

Azərbaycan.-2023.- 28 iyul.- S.1.