Ermənistan beynəlxalq ictimaiyyəti
çaşdırmağa yönəlik
manipulyasiya ilə məşğuldur
İyulun 27-də Milli
Məclisin parlamentlərarası
əlaqələr üzrə
işçi qruplarının
rəhbərləri xarici
ölkələrin parlamentlərinə
müraciət ünvanlayıblar.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Azərbaycanın
Qarabağ bölgəsində
Rusiya sülhməramlı
qüvvələrinin müvəqqəti
yerləşdirildiyi ərazilərdə
yaşayan erməni milliyyətli sakinlərin guya ərzaq və dərman çatışmazlığı ilə üzləşməsi
barədə son dövrdə yayılan məlumatların beynəlxalq
ictimaiyyəti çaşdırmağa
yönələn, Azərbaycan
Respublikasının ərazi
bütövlüyünü və suverenliyini hədəf alan siyasi manipulyasiya olduğu bildirilir. Qeyd olunur ki,
Xankəndi şəhərinə
və ətraf kəndlərə humanitar
yüklərin daşınması
üçün Azərbaycanın
təklif etdiyi Ağdam-Xankəndi yolunun separatçılar tərəfindən
bağlanması bu kampaniyanı başlatmış
qüvvələrin həqiqi
niyyətlərindən xəbər
verir. Bildirilir ki, məqsəd Qarabağın erməni sakinlərinin Azərbaycan
cəmiyyətinə yenidən
inteqrasiya etməsinin qarşısını almaq
və ya bu prosesi mümkün
qədər uzatmaqdır.
Müraciətdə vurğulanır ki, Ermənistan rəhbərliyi
Qarabağı Azərbaycan
ərazisi kimi tanıdığını dəfələrlə
bəyan etmişdir, odur ki, etnik
ermənilər üçün
ərzağın və
digər məhsulların
Ermənistandan gətirilməsinə
zərurət yoxdur. Laçın yolu ilə bağlı vəziyyətə gəlincə,
bu yol da
Azərbaycanın suveren
ərazisinin tərkib
hissəsidir və ona görə də Azərbaycan öz ərazisində, öz vətəndaşlarının
istifadəsi üçün
sərhəd-keçid məntəqəsi
təsis etmişdir. Bildirilir ki, Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da Azərbaycanın bu hüququ təsbit olunmuşdur. Bunu həzm edə bilməyən Ermənistan
tərəfindən Azərbaycan
sərhədçisinə atəş açılması,
dövlət bayrağımıza
qarşı təxribat
törədilməsi, Laçın
yolundan sui-istifadə hallarının davam etməsi səbəbindən
Laçın yolundan istifadəyə məhdudiyyət
törədən tərəf
məhz Ermənistandır.
Ermənistan tərəfi
həqiqətən Azərbaycanın
ərazi bütövlüyünü
dəstəkləyirsə, Ağdam-Xankəndi yolundan
yüklərin daşınmasına
etiraz etməməli və reinteqrasiya prosesinə mane olmamalıdır.
Müraciətin sonunda qeyd olunur ki, şərh edilənlərlə əlaqədar beynəlxalq ictimaiyyət də məsuliyyətli yanaşma nümayiş etdirməli, Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamalı və konstruktiv dialoqa sadiqlik göstərməyin zəruriliyini Ermənistana izah etməlidir.
Azərbaycan.-2023.- 28 iyul.- S.1.