Ölçmələrin
vəhdətinin təmin
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:
"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013, № 7, maddə
778; 2014, № 10, maddə 1163; 2017, № 6, maddə 1027, № 7, maddə
1257, № 12 (I kitab), maddə
2198; 2018, № 4, maddə 638; 2021, № 7, maddə 719, № 12, maddə
1315; 2022, № 7, maddə 696) 13.2-ci maddəsində "İstehsalat
və məişət
tullantıları" sözləri
"Tullantılar" sözü
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyun 2023-cü il
Azərbaycan.-2023.-
28 iyul.- S.2.