Azərbaycan
Respublikasının Gömrük
Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin
25-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Gömrük
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 9, maddə
787; 2014, ¹ 10, maddə 1155, ¹ 11, maddə 1368; 2016, ¹ 11, maddə
1791; 2017, ¹ 3, maddə 339, ¹ 7, maddə 1303, ¹ 8, maddə
1510; 2018, ¹ 1, maddə 30, ¹ 11, maddə 2211, ¹ 12 (I kitab), maddə
2521; 2019, ¹ 1, maddə 30,
¹ 5, maddə 814, ¹ 8, maddə
1383; 2020, ¹ 5, maddə 522, ¹ 7, maddə 832, ¹ 12 (I kitab), maddə
1438; 2021, ¹ 11, maddə 1204, ¹ 12, maddə 1315; 2022,
¹ 12, maddə 1386; 2023, ¹ 1, maddə
33, ¹ 2, maddə 210, ¹ 3, maddə
335) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 224.1-ci maddənin birinci abzasına "Dövlət
rüsumu haqqında"
sözlərindən sonra
", "Tullantılar haqqında"
sözləri əlavə
edilsin;
1.2. aşağıdakı məzmunda
233-1-ci maddə əlavə
edilsin:
"Maddə
233-1. Minik avtomobillərinin
gömrük ərazisinə
gətirilməsinə görə
utilizasiya haqqı
Gömrük ərazisinə
gətirilən və
istehsal-buraxılış vaxtından
4 (dörd) il keçən
minik avtomobillərinin
(raritet minik avtomobilləri və gömrük ərazisinə
müvəqqəti gətirilən
minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi
zamanı "Tullantılar
haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
məbləğdə utilizasiya
haqqı alınır.".
Maddə 2. Bu Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə
minir.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
24 iyun 2023-cü il
Azərbaycan.-2023.- 28 iyul.-
S.2.