Yol
hərəkəti haqqında
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Yol
hərəkəti haqqında"
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 9, maddə
564; 2001, ¹ 5, maddə 298, ¹ 11, maddələr 676, 698; 2002, ¹ 1, maddə
9, ¹ 8, maddə 463; 2003, ¹ 8, maddə 424; 2004, ¹ 2, maddə
57, ¹ 11, maddə 901; 2005, ¹ 4, maddə 277, ¹ 10, maddə
874, ¹ 11, maddə 993; 2006, ¹ 12, maddə 1027; 2007, ¹ 6, maddə
560, ¹ 11, maddələr 1053, 1091; 2008, ¹ 2, maddə 49, ¹ 6, maddələr
453, 463, ¹ 7, maddə 602; 2009, ¹ 2, maddə 47, ¹ 4, maddə
210, ¹ 12, maddə 948; 2010, ¹ 7, maddə 598; 2011, ¹ 2, maddə
71, ¹ 4, maddə 255, ¹ 6, maddə
469, ¹ 12, maddə 1097; 2012, ¹ 5, maddə 402, ¹ 7, maddə
671; 2013, ¹ 4, maddələr 362, 363, ¹ 7, maddə 795, ¹ 11, maddələr
1295, 1298; 2014, ¹ 4, maddələr 343, 346, ¹
5, maddə 467, ¹ 11, maddə
1352; 2015, ¹ 1, maddə 2, ¹ 2, maddələr 76, 79, 105, ¹ 5, maddə
502, ¹ 6, maddə 686, ¹ 11, maddələr
1256, 1276; 2016, ¹ 11, maddələr 1758,
1784, 1795, ¹ 12, maddə 1993; 2017, ¹ 2, maddələr 138, 150, ¹ 5, maddə
727, ¹ 8, maddə 1507, ¹ 10, maddə
1774, ¹ 12 (I kitab), maddə
2215; 2018, ¹ 2, maddələr 143, 157, ¹ 4, maddə 645, ¹ 6, maddələr
1165, 1192, ¹ 7 (I kitab), maddələr
1432, 1436, 1439; 2019, ¹ 1, maddə 46, ¹ 6, maddə 997, ¹ 7, maddə
1183, ¹ 8, maddə 1376; 2020, ¹ 5, maddə 521, ¹ 7, maddələr
827, 847, ¹ 12 (I kitab),
maddə 1425; 2021, ¹ 4, maddə
305, ¹ 6 (I kitab), maddə
543, ¹ 8, maddə 897; 2022, ¹ 8, maddə 831, ¹ 11, maddə
1232; 2023, ¹ 2, maddələr 150, 175, ¹ 4, maddə 454) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 27-ci maddəyə aşağıdakı məzmunda
IX-I və IX-II hissələr
əlavə edilsin:
"IX-I. "Tullantılar haqqında" Azərbaycan
Respublikasının Qanunu
ilə müəyyənləşdirilmiş
qaydada utilizasiyaya verilməzdən əvvəl
nəqliyyat vasitəsi
dövlət qeydiyyatı
üzrə daimi uçotdan çıxarılmalıdır.
Bu məqsədlə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən
bu maddənin II və III hissələrində
nəzərdə tutulmuş
orqanlara müraciət
edilir. Müraciət qəbul edildikdən sonra 3 (üç) iş günü müddətində həmin
orqan tərəfindən
araşdırma aparılaraq
nəqliyyat vasitəsinin
dövlət qeydiyyatı
üzrə daimi uçotdan çıxarılması
və ya aşağıdakı hallardan
hər hansı biri mövcud olduqda səbəbləri göstərilməklə dövlət
qeydiyyatı üzrə
daimi uçotdan çıxarılmasından imtina
barədə qərar
qəbul edilir və müraciət edən şəxsə bu barədə yazılı məlumat verilir:
1) nəqliyyat vasitəsinin
inzibati tənbeh etmə qismində müsadirə edilməsi və ya cinayət-hüquqi
tədbir qismində xüsusi müsadirə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə
qərarı olduqda;
2) nəqliyyat vasitəsinin
sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində
icrası təxirə
salınmamış və
ya icrasına möhlət verilməmiş
yol hərəkəti,
yol hərəkəti
təhlükəsizliyinin təmin
edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə səlahiyyətli
orqanın (vəzifəli
şəxsin) və ya məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş yekun qərarı olduqda;
3) nəqliyyat vasitəsinin
sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində
hərəkət təhlükəsizliyi
və nəqliyyat vasitələrinin istismarı
qaydaları əleyhinə
olan cinayətlər üzrə cəza və ya digər
cinayət-hüquqi tədbirlər
qismində cərimənin
tətbiq edilməsi barədə məhkəmənin
qanuni qüvvəyə
minmiş və icra edilməmiş yekun qərarı olduqda;
4) nəqliyyat vasitəsi
üzərində həbs
və ya yüklülük olduqda;
5) dövlət müəssisə,
idarə və təşkilatlarına, habelə
nizamnamə kapitalında
dövlətin payı
olan hüquqi şəxslərə məxsus
olan nəqliyyat vasitələrinin silinməsinə
dair normativ hüquqi aktlarla müəyyən edilmiş
hallarda və qaydada rəy verilmədikdə.
IX-II. Nəqliyyat vasitələri
utilizasiyaya "Tullantılar
haqqında" Azərbaycan
Respublikası Qanununun
14-7-ci maddəsinin birinci
hissəsinin üçüncü
abzasına uyğun olaraq dövlət qeydiyyatını həyata
keçirən orqan tərəfindən verildikdə,
bu Qanunun 27-ci maddəsinin IX-I hissəsinin
1-ci, 4-cü və 5-ci bəndlərinin
tələblərinə əməl
olunmaqla, həmin dövlət qeydiyyat orqanının qərarı
ilə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılır. Bu
zaman bu Qanunun 27-ci maddəsinin
IX-I hissəsinin 2-ci və
3-cü bəndlərində nəzərdə tutulan ödənilməmiş cərimələrin
olması nəqliyyat vasitəsinin dövlət
qeydiyyatı üzrə
daimi uçotdan çıxarılmasına mane
olmur.";
1.2. 30-cu maddə üzrə:
1.2.1. VI-I hissənin 4-cü bəndinə "dövlət
rüsumunun," sözlərindən
sonra "Tullantılar
haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq müəyyən edilən
utilizasiya haqqının,"
sözləri əlavə
edilsin;
1.2.2. VII hissənin 4-cü bəndinə "dövlət
rüsumunun" sözlərindən
sonra "və "Tullantılar haqqında"
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq müəyyən edilən utilizasiya haqqının" sözləri
əlavə edilsin.
Maddə 2. Bu Qanunun 1.1-ci maddəsi
2024-cü il sentyabrın
1-dən, 1.2-ci maddəsi 2024-cü il fevralın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 24 iyun
2023-cü il
Azərbaycan.-2023.-
28 iyul.- S.2.