Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (I kitab), maddə 202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr
631, 647, 654, ¹ 5, maddələr 835, 846, ¹ 6,
maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə
1608, ¹ 11, maddələr 1769, 1774, 1781,
1783, 1786, 1788, ¹ 12, maddələr 1984,
2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹
2, maddələr 139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr
698, 701, 734, 749, 754, ¹ 6, maddələr
1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296,
1297, 1299, ¹ 11, maddələr 1964, 1966,
1969, 1979, ¹ 12 (I kitab), maddələr 2214,
2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə
19, ¹ 2, maddələr 160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404, ¹ 4, maddə
646, ¹ 5, maddələr 857, 860, 862, 876, 883,
¹ 6, maddələr 1153, 1188, ¹ 7 (I kitab), maddələr 1435, 1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr
2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr
2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, ¹ 1, maddələr
4, 6, 15, 18, 23, 44, ¹ 3, maddələr 374,
389, ¹ 4, maddələr 579, 581, 587, 595, ¹ 5,
maddələr 791, 800, 803, 804, 813, ¹ 6, maddələr 992, 998, 1007, ¹ 7, maddə
1193, ¹ 8, maddələr 1364, 1367, 1368, 1381,
1383, ¹ 11, maddələr 1682, 1686, 1696, ¹ 12, maddələr
1883, 1900; 2020,
¹ 3, maddə 222, ¹ 5, maddələr
505, 515, 519, ¹ 6, maddələr 670, 672, 681,
¹ 7, maddələr 838, 841, 846, 854, ¹ 8, maddələr 1008, 1011, ¹ 9, maddə
1138, ¹ 11, maddələr 1332, 1333, 1336, ¹ 12
(I kitab), maddələr 1432, 1440; 2021, ¹ 4, maddə 306, ¹ 5, maddə
428,
¹ 6 (I kitab), maddələr 535, 541, 546, 560, ¹ 7, maddələr 701, 705, 711, ¹ 8, maddə
894, ¹ 11, maddə 1208, ¹ 12, maddələr
1306, 1334; 2022, ¹ 1, maddə 2, ¹ 2, maddə 89,
¹ 4, maddə 293, ¹ 5, maddə
435, ¹ 7, maddələr 694, 699, 703, ¹ 8, maddələr 822, 825, 828, ¹ 11, maddə
1236, ¹ 12, maddələr 1364, 1399; 2023, ¹ 1,
maddələr 17, 20, 32, 39, ¹ 2, maddələr 149, 201, 204, ¹ 4, maddə
466; Azərbaycan Respublikasının
2023-cü il 2 may tarixli 868-VIQD nömrəli və 30 may tarixli
890-VIQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 234.0.5-ci maddədə "sənaye
və məişət
tullantılarının" sözləri "tullantıların"
sözü ilə əvəz edilsin;
1.2. 244.1-ci maddədə "istehsalat
və məişət
tullantıları ilə"
sözləri "tullantılarla"
sözü ilə əvəz edilsin;
1.3. 266-cı maddə üzrə:
1.3.1. adında və
266.4-cü maddədə "İstehsalat və məişət tullantıları"
sözləri "Tullantılar"
sözü ilə əvəz edilsin;
1.3.2. aşağıdakı məzmunda 266.5 - 266.13-cü maddələr
əlavə edilsin:
"266.5. Utilizator tərəfindən
nəqliyyat vasitələrinin
utilizasiyası fəaliyyəti
ilə bağlı
"Tullantılar haqqında"
Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən olunan tələblərin pozulmasına
və ya vəzifələrin yerinə
yetirilməməsinə, yaxud
nəqliyyat vasitələrinin
utilizasiyası fəaliyyətini
həyata keçirən
digər şəxs tərəfindən bu fəaliyyətlə bağlı
həmin Qanunla müəyyən olunan vəzifələrin yerinə
yetirilməməsinə görə
-
vəzifəli şəxslər
üç yüz manat məbləğində,
hüquqi şəxslər
altı yüz manat məbləğində
cərimə edilir.
266.6. Utilizator tərəfindən
utilizatorların reyestrində
onun haqqında olan məlumatlarda baş vermiş dəyişikliklər barədə
"Tullantılar haqqında"
Azərbaycan Respublikasının
Qanununda nəzərdə
tutulan qaydada və müddətdə nəqliyyat vasitələrinin
utilizasiyası üzrə
operatora məlumatın
verilməməsinə görə
-
vəzifəli şəxslər
üç yüz manat məbləğində,
hüquqi şəxslər
altı yüz manat məbləğində
cərimə edilir.
266.7. Bu Məcəllənin
266.5-ci və 266.6-cı maddələrində
nəzərdə tutulmuş
xətaların inzibati
tənbeh almış
şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində
təkrar törədilməsinə
görə -
vəzifəli şəxslər
beş yüz manat məbləğində,
hüquqi şəxslər
min manat məbləğində cərimə
edilir.
266.8. Utilizator, yaxud
nəqliyyat vasitələrinin
utilizasiyası fəaliyyətini
həyata keçirən
digər şəxs tərəfindən nəqliyyat
vasitəsinin təhvil
alınması barədə
aktın nüsxəsinin
"Tullantılar haqqında"
Azərbaycan Respublikasının
Qanununda nəzərdə
tutulan qaydada nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsə verilməməsinə
və ya nəqliyyat vasitələrinin
utilizasiyası üzrə
operatora göndərilməməsinə
görə -
vəzifəli şəxslər
beş yüz manat məbləğində,
hüquqi şəxslər
min manat məbləğində cərimə
edilir.
266.9. Utilizator tərəfindən
"Tullantılar haqqında"
Azərbaycan Respublikasının
Qanununda nəzərdə
tutulan qaydada və müddətdə təsdiqedici sənədin
verilməməsinə görə
-
vəzifəli şəxslər
üç min manat məbləğində,
hüquqi şəxslər
beş min manat məbləğində
cərimə edilir.
266.10. Utilizator tərəfindən
"Tullantılar haqqında"
Azərbaycan Respublikasının
Qanununda nəzərdə
tutulan qaydada verilən təsdiqedici sənədlərlə bağlı
yazılı məlumatın
nəqliyyat vasitələrinin
utilizasiyası üzrə
operatora vaxtında verilməməsinə görə
-
vəzifəli şəxslər
yeddi yüz manat məbləğində,
hüquqi şəxslər
min beş yüz manat məbləğində cərimə
edilir.
266.11. Nəqliyyat vasitəsinin
utilizasiyaya verilməsi
barədə təsdiqedici
sənəd əsasında
yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinə
güzəştin tətbiqindən
nəqliyyat vasitələrinin
satıcısı tərəfindən
imtina edilməsinə
görə -
dörd min manat məbləğində
cərimə edilir.
266.12. "Tullantılar haqqında"
Azərbaycan Respublikasının
Qanununda nəzərdə
tutulan qaydada verilən təsdiqedici sənədlərin nəqliyyat
vasitələrinin satıcısı
tərəfindən uçotunun
aparılmamasına, yaxud
təsdiqedici sənədlər
barədə yazılı
məlumatın nəqliyyat
vasitələrinin utilizasiyası
üzrə operatora vaxtında verilməməsinə
görə -
beş yüz
manat məbləğində cərimə edilir.
266.13. Utilizasiya edilmiş nəqliyyat vasitələrindən
əldə olunan yararlı materialların və əşyaların ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə
satılması barədə
utilizator tərəfindən
nəqliyyat vasitələrinin
utilizasiyası üzrə
operatora "Tullantılar
haqqında" Azərbaycan
Respublikasının Qanununda
nəzərdə tutulan
qaydada və müddətdə yazılı
məlumatın verilməməsinə
görə -
vəzifəli şəxslər
üç yüz
manat məbləğində, hüquqi şəxslər
altı yüz manat məbləğində cərimə
edilir.
Qeyd: Bu Məcəllənin
266-cı maddəsində "utilizator" dedikdə,
"Tullantılar haqqında"
Azərbaycan Respublikasının
Qanununda nəzərdə
tutulan qaydada utilizatorların reyestrində
qeydiyyata alınmış,
nəqliyyat vasitələrinin
utilizasiyası fəaliyyətini
həyata keçirən
şəxs başa düşülür.";
1.4. 271-ci maddənin adında və dispozisiyasında
"Sənaye və məişət tullantılarının"
sözləri "Tullantıların"
sözü ilə əvəz edilsin;
1.5. 275.1.9-cu maddədə "istehsalat
və məişət
tullantılarının" sözləri "tullantıların"
sözü ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun 2024-cü il sentyabrın 1-dən qüvvəyə
minir.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
24 iyun 2023-cü il
Azərbaycan.-2023.- 28 iyul.- S.2.