“İssık-Kul
2023” forumunda Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində mühüm
rolundan danışılıb
İyulun 27-də Qırğız
Respublikasının Çolpon-Ata
şəhərində VII Beynəlxalq
“İssık-Kul 2023” iqtisadi
forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Baş
nazirin müavini Əli Əhmədovun başçılıq etdiyi
nümayəndə heyəti
forumda iştirak edib.
Qırğız Respublikasının
Nazirlər Kabinetinin sədri Akılbek Joparov forum iştirakçılarını
salamlayıb.
Forumda çıxış
edən Ə.Əhmədov
vurğulayıb ki, Azərbaycan regional və qlobal miqyasda əməkdaşlığın,
sülhün və dialoqun təmin edilməsinə yönəlmiş
strateji kurs həyata keçirir.
Qeyd olunub ki, Avropa ilə
Asiyanın kəsişməsində
yerləşən Azərbaycan
regiondakı tərəfdaşları
ilə birlikdə nəqliyyat kommunikasiyalarının
inkişafına, regional
və kontinental ticarətin genişlənməsinə
istiqamətlənmiş təşəbbüslər
və layihələrdə
iştirak edir.
Azərbaycan Şimal-Cənub
və Şərq-Qərb
Beynəlxalq Nəqliyyat
dəhlizləri, Bakı-Tbilisi-Qars
və digər layihələr üzrə
zəncirin mühüm
hissəsidir. “Biz Azərbaycan ərazisindən
keçməklə müxtəlif
marşrutlar üzrə
yükdaşımalarda illik
artım müşahidə
edirik. 2022-ci ilin yekunlarına görə, artım 75 faiz təşkil edib. Biz ölkəmizin ərazisindən keçməklə
yükdaşımalarda sürətli
artım gözləyirik”,
- deyə Ə.Əhmədov
vurğulayıb.
Forum iştirakçılarına Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının gücünün
artırılması, Azərbaycanda
doqquzuncu beynəlxalq aeroport və işğaldan azad olunmuş ərazilərdə
üçüncü hava
limanı olacaq Laçın aeroportunun tikintisi barədə məlumat verilib.
Diqqətə çatdırılıb
ki, bütün bu tədbirlər Azərbaycanın tranzit potensialının xeyli genişlənməsinə şərait
yaradır, bu da daşımaların artması ilə bağlı problemlərin
səmərəli həllinə
kömək edəcək
və beynəlxalq nəqliyyat dəhlizlərinin
fasiləsiz işini təmin edəcək.
Forumda qeyd edilib ki, Azərbaycanın
Böyük İpək
yolunun bərpası və Orta Dəhlizin
inkişafı üzrə
strategiyası Çinin
“Bir kəmər, bir yol” layihəsinin
reallaşdırılmasına dair konsepsiya ilə üst-üstə düşür. Tədbir
iştirakçılarının diqqətinə çatdırılıb
ki, Azərbaycan Çinin təşəbbüsünü
dəstəkləyən ilk
ölkələrdən biri
olub.
Baş nazirin müavini, həmçinin
Azərbaycanın Avropanın
enerji təhlükəsizliyinin
təmin edilməsində
mühüm rolundan danışıb. Bu kontekstdə Xəzər regionunu Avropaya, qlobal enerji təhlükəsizliyi
sisteminə birləşdirən
Cənub Qaz Dəhlizinin mühüm töhfəsi qeyd edilib.
Təbii qazla yanaşı, Azərbaycanın
alternativ enerjinin inkişafı üçün
böyük potensiala malik olduğunu vurğulayan Ə.Əhmədov
deyib ki, dövlətimizin başçısı
2030-cu ilə qədər
bərpaolunan enerji mənbələrinin ölkənin
energetika sistemində payının 30 faizə çatdırılmasına dair
hökumət qarşısında
vəzifə qoyub. Artıq bu istiqamətdə
dünyanın qabaqcıl
şirkətləri ilə
birgə iri layihələr həyata keçirilir.
Baş nazirin müavini, həmçinin Qırğızıstanı sosial-iqtisadi sahədə əldə olunmuş uğurlar münasibətilə təbrik edib. Qeyd olunub ki, Qırğızıstanda mühüm dövlət proqramları səmərəli şəkildə həyata keçirilir, əhalinin rifah halı yaxşılaşır, ölkənin investisiya cəlbediciliyi artır.
Azərbaycan.-2023.- 28 iyul.- S.3.