XİN: Ermənistanın
ölkəmizlə razılaşdırmadan
Azərbaycanın suveren
ərazilərinə “humanitar
yük” göndərməsi
növbəti təxribatdır
Ermənistan tərəfinin
ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın
suveren ərazilərinə
“humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın
ərazi bütövlüyünə
və suverenliyinə qarşı növbəti
təxribatdır. Bu təxribatın Ermənistan
dövləti və baş nazir səviyyəsində təşviq
olunması qəbuledilməzdir.
Bu təxribat bir daha göstərir
ki, Ermənistanın
“bölgədə gərgin
humanitar vəziyyət”
iddiaları bu ölkənin qeyri-qanuni fəaliyyətləri davam
etdirmək, əsassız
siyasi manipulyasiya yolu ilə gərginlik
yaratmaq niyyətindən
başqa bir şey deyil.
AZƏRTAC xəbər verir ki, bu
barədə Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyinin
Ermənistanın baş
naziri Nikol Paşinyanın Azərbaycan
ərazilərinə yük
göndərilməsi cəhdi
ilə bağlı açıqlamasına dair
şərhində qeyd
olunub.
“Ermənistan tərəfi,
Azərbaycanı qondarma
“soyqırımı” cəhdlərində
təqsirləndirmək əvəzinə,
Ermənistan ərazisindən
azərbaycanlıların məcburi
şəkildə deportasiyasına,
öz yurd-yuvalarından
qovulan zaman insanların kütləvi
ölüm hallarına,
Azərbaycan ərazilərinə
təcavüz və işğal nəticəsində
soyqırımı daxil,
insanlıq əleyhinə
cinayətlərə, etnik
təmizləmə siyasəti
və törətdiyi
əməllərə görə
üzr istəməlidir.
Ermənistan tərəfi həqiqətən də bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Ermənistan tərəfi, həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir”, - deyə nazirliyin şərhində bildirilib.
Azərbaycan.-2023.-
28 iyul.- S.3.