Olimpiya Festivalında 7-ci medalımız
Bu dəfə Süleyman Şükürov
fərqlənib
Sloveniyanın Maribor
şəhərində Avropa
Yeniyetmələri XVII Olimpiya
Festivalının beşinci
günündə Azərbaycan
idmançıları 5 idman
növündə - şose
velosipedi, tennis, cüdoda, üzgüçülük
və atletikada mübarizə aparıblar.
Dünən komandamızın
daha 3 cüdoçusu
tatami üzərinə
çıxıb və əvvəlki
günlərdə olduğu
kimi, bu dəfə də medal qazanılıb.
Belə ki, 81 kq çəki dərəcəsində mübarizə
aparan Süleyman Şükürov fəxri
kürsüdə yer alıb. İlk mərhələdən azad
olan təmsilçimiz
1/8 finalda Arel Koçinskini (İsrail), növbəti mərhələdə
isə Adrian Durdeviçi (Bosniya və Herseqovina) mübarizədən kənarlaşdırıb.
Yarımfinalda almaniyalı
Jozef İvçenkonu
da üstələyən
yeniyetmə cüdoçumuz finala
vəsiqə qazanıb.
Həlledici görüşdə
rumıniyalı David Qaliqaya
uduzan Süleyman Şükürov gümüş
medala sahiblənib.
Komandamızın digər
üzvü Hüseyn Eyvazlı (73 kq) isə ilk görüşdə
məğlubiyyətlə üzləşib.
Təmsilçimiz 1/16 finalda
polşalı Frantişek
Levandovskiyə uduzaraq
mübarizəni erkən
dayandırıb.
Qızlar arasında
63 kq çəki dərəcəsində qüvvəsini
sınayan Kamilla Töhöliyeva da mübarizəyə 1/16 finaldan
başlayıb. Cüdoçumuz
ilk görüşdə
ukraynalı Kristina Opanasenkoya məğlub olub. Kamilla üçüncü
yer uğrunda təsəlliverici görüşə
çıxsa da, bu dəfə israilli Lihi Boarona
uduzub və medal uğrunda mübarizəni dayandırıb.
Beləliklə, Azərbaycan
komandasının Maribor-2023-də qazandığı medalların
sayı 7-yə çatıb.
Bunlardan 2-si qızıl,
1-i gümüş, 4-ü bürüncdür.
Rizvan
CƏFƏROV,
Azərbaycan.-2023.- 28 iyul.-
S.12.