Azərbaycanın
və İranın xarici işlər nazirləri arasında telefon danışığı
olub
İyulun 27-də xarici
işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian
arasında telefon danışığı olub.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki,
nazirlər ikitərəfli
və regional gündəlikdə duran məsələlər, eləcə
də postmünaqişə
dövründə bölgədə
vəziyyət üzrə
fikir mübadiləsi aparıblar.
Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq
üzrə Dövlət
Komissiyasının həmsədrləri
arasında keçirilmiş
son görüşdən
irəli gələn məsələlər müzakirə
edilib, ümumilikdə
son aylarda yüksək səviyyədə
keçirilmiş görüşlərin
və qurumlararası təmasların münasibətlərin
inkişafı istiqamətinə
verdiyi töhfə yüksək qiymətləndirilib.
Xüsusilə, İranın
xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkəmizdə
iyul ayının əvvəli keçirilən
Qoşulmama Hərəkatının
Əlaqələndirici Bürosunun
nazirlər iclasında
iştirak məqsədilə
ölkəmizə səfəri
çərçivəsində, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevlə görüşünü
məmnunluqla xatırlayıb.
Telefon danışığı
zamanı, iqtisadiyyat və nəqliyyat sahəsində əldə
edilmiş ikitərəfli
və regional razılıqların icrasının
vacib olduğu bildirilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın postmünaqişə dövründə
atdığı addımlardan
bəhs edib. Bununla yanaşı, son zamanlar Laçın
yolu ətrafında və bölgədə humanitar vəziyyət ilə bağlı yayılan iddiaların siyasi manipulyasiyadan başqa bir şey olmadığı diqqətə çatdırılıb.
Ermənistan tərəfinin
bölgədə təxribatlara
son qoymasının, Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyinə sözdə
və əməldə
hörmət etməsinin
zəruri olduğu vurğulanıb.
İslam həmrəyliyi
məsələsinə toxunan
nazir Ceyhun Bayramov, həmçinin son zamanlar bəzi
Skandinaviya ölkələrində
“Qurani-Kərim”ə qarşı baş verən nalayiq hərəkətlərin Azərbaycan
tərəfindən qətiyyətlə
pisləndiyini, bu kimi İslam dinini hədəfləyən
addımlardan çəkinmənin
vacib olduğunu diqqətə çatdırıb.
Azərbaycanla İran arasında ikitərəfli gündəlikdə duran bəzi açıq məsələlərin həll edilməsinin vacib olduğu bildirilib.
Azərbaycan.-2023.- 28 iyul.- S.4.