İcma: Beynəlxalq ictimaiyyət Ermənistanın manipulyasiyasını rədd etməli, qayıdış hüququmuzu dəstəkləməlidir

 

 

Qərbi Azərbaycan İcması Xankəndidəki qeyri-qanuni rejimin Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhaliyə Azərbaycanın digər bölgələrindən çatdırılan yüklərin qarşısını alması nəticəsində yaranan vəziyyətə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, İcmanın bununla bağlı yaydığı açıqlamada deyilir: "BizQərbi Azərbaycan İcması Xankəndidəki qeyri-qanuni rejimin Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhaliyə Azərbaycanın digər bölgələrindən çatdırılan yüklərin qarşısını alması nəticəsində yaranan vəziyyəti diqqətlə izləyirik.

Ermənistandan qovulmuş azərbaycanlıları birləşdirən onların hüquqlarını müdafiə edən təşkilat kimi Qərbi Azərbaycan İcması Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin re-inteqrasiyası istiqamətində Azərbaycan hökumətinin səylərini alqışlayır. Azərbaycan inklüziv tolerant cəmiyyət nümayiş etdirməklə barışıq Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüquqlarının bərpası ilə bağlı müsbət nümunə yaradır. Ümid edilir ki, Ermənistan bu nümunəni nəzərə alacaq anlaşma, dialoq Ermənistandakı öz yurd-yuvalarından zorla qovulmuş azərbaycanlıların təhlükəsiz repatriasiyası, bu ölkədə çoxmillətli cəmiyyətin bərpası istiqamətində addımlar atacaq.

Təəssüf ki, Ermənistan Azərbaycanın bu xoş məramlı tədbirlərinə oxşar cavab addımları atmayıb. Ermənistan nəinki öz ərazisindən qovulmuş azərbaycanlıların geri qayıtmasına qətiyyətlə əngəl törədir, həm Azərbaycanda məskunlaşan ermənilər arasında separatizmi fəal şəkildə təşviq etməklə gərginliyi artırmaqda davam edir. Ermənistanın hərəkətləri, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrini saxlaması Xankəndidəki qeyri-qanuni rejimə maliyyə dəstəyi yalnız vəziyyəti gərginləşdirməyə regional sabitliyi pozmağa xidmət edir. Bu hərəkətlər Azərbaycanın suverenliyinə ərazi bütövlüyünə, eləcə Ermənistandan qovulmuş azərbaycanlıların fundamental hüquqlarına açıq-aşkar hörmətsizlik nümayiş etdirir.

Xüsusilə Qərbi Azərbaycan İcması Ermənistanın Xankəndidəki qeyri-qanuni rejimin Azərbaycanın digər bölgələrindən Qarabağ ermənilərinə təchizatı əngəlləməklə heç bir sərhəd gömrük nəzarəti olmadan Xankəndiyə eksklüziv təchizat marşrutları tələb etməklə süni humanitar böhran yaratmaq cəhdlərindən ciddi narahatlığını bildirir.

Qərbi Azərbaycan İcması barışıq prosesinə mane olan, həmçinin sakinlərin həqiqi ehtiyaclarının siyasi məqsədlər üçün sui-istifadə olunduğu bu manipulyasiya xarakterli taktikaları qətiyyətlə pisləyir.

Bundan əlavə, biz Avropa İttifaqının (Aİ) bu məsələyə qarışmasına dərin təəssüfümüzü qəti şəkildə narazılığımızı ifadə edirik. Aİ missiyasının Azərbaycan hökumətinin razılığı olmadan Azərbaycana daxil olmağa cəhd edən konvoyla yanaşı olması suverenlik ərazi bütövlüyü prinsiplərinə xələl gətirir Ermənistana yanlış siqnal ötürür.

Xatırlatmaq istərdik ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının mandatına Ermənistanın Azərbaycanın suverenliyini pozmağa yönəlmiş hərəkətlərində iştirak etmək daxil deyil. Vaxtilə azərbaycanlıların məskunlaşdıqları ərazilərdə yerləşdirilmiş missiyanın mandatı münaqişənin Ermənistandan zorla qovulmuş azərbaycanlılara təsirini qiymətləndirmək, onların təhlükəsiz ləyaqətlə öz evlərinə qayıtmasına imkan yaradan etimad tədbirlərini dəstəkləməkdən ibarətdir. Əgərhəqiqətən insan haqlarını müdafiə edirsə, onda o, Ermənistanın şantaj taktikasına ortaq olmaq əvəzinə bizim geri qayıtmaq hüququmuzu dəstəkləməlidir.

Biz Ermənistan hökumətindən Azərbaycanın ərazi bütövlüyü suverenliyinə qarşı təcavüzünü dərhal dayandırmasını tələb edirik. Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının qarşısını almaq məqsədi daşıyan bədxah fəaliyyətinə son qoymalıdır. Biz, həmçinin Ermənistan hökumətinə insan hüquqlarına hörmət etmək, bizim təhlükəsiz ləyaqətli qayıdışımıza imkan yaratmaq bu məqsədlə bizimlə dialoq aparmaq çağırışımızı təkrarlayırıq".

 

Azərbaycan.-2023.- 28 iyul.- S.4.