Qafqazda
kim tərəqqiyə,
kim düşmənçiliyə
köklənir?
Qafqazı kiçik
bir müstəvi kimi təsəvvür edib burada yanaşı
yerləşən Ermənistanla
Azərbaycanın mövcud
durumuna nəzər yetirək. Bu dövlətlərdə gedən
prosesləri açıq
gözlə müşahidə
edək. Elə ilk andan heyrətamiz
situasiyalar və beynəlxalq münasibətlər
baxımından heç
bir ölçüyə
sığmayan erməni
sərsəmlikləri ilə
üzləşəcəyik.
Paradoks ondan ibarətdir ki, Azərbaycan qalib, Ermənistan isə məğlub ölkədir.
Dünya təcrübəsinə
və analitik məntiqə söykənsək,
Ermənistan məğlub
dövlət kimi danışıqlara daha yumşaq, daha üzüyola getməli, sülh müqaviləsinin
bağlanması üçün
bütün zəruri
addımları atmalıdır.
Bəşər tarixi
bununla bağlı kifayət qədər ibrətamiz nümunələrlə
zəngindir. Qaliblər
tarixboyu məğlub etdikləri dövlətlərə
diz çökdürüb,
istədiklərini də
təcili alıblar. Məsələn, İkinci
Dünya müharibəsindən
sonrakı Almaniya uzun illər dağıntılara məruz
qoyduğu ölkələrə
repatrasiyalar ödəyib.
1945-ci ildə Podstam Konfransının sənədlərinə
görə, Almaniya vurduğu ziyanları hətta zavodlar, fabriklər, maşınlar,
avadanlıqlar, mal ehtiyatları və başqa vasitələrlə
ödəmək məcburiyyətində
qaldı. Bundan başqa, Almaniya sərmayə ödənişlərinə
məcbur edildi. Faşist Almaniyasından reparativ ödənişlər
qalib dövlətlər
tərəfindən zorla
alınırdı və
bu ödənişlərin
razılaşdırılmış, dəqiq məbləği
yox idi. Beləliklə, Almaniya uzun illər işğal etdiyi bütün ölkələrə
vurduğu ziyanları
ödəməyə məcbur
edildi. Hətta
2000-2007-ci illərdə də
bütün repatrasiya
ödənişlərindən əlavə nasizmin qurbanlarına kompensasiyalar
verdi.
İkinci Dünya
müharibəsindən sonra
təxminən 20-yə yaxın
dövlət Almaniyadan
onlara vurulan ziyanlara görə repatrasiyalar almışdır.
Yalnız Rusiyada, Polşada və Çexiyada yaşayan 1,66
milyon insana 4,4 milyard avro ödənilmişdi.
2011-ci ilin dekabrında
almanlar 16 min Xolokost qurbanına 650 milyonluq təqaüd ayırmağı öhdələrinə
götürmüşdülər. Almaniya Federativ Respublikası 2014-2017-ci illərdə
Xolokost qurbanlarına yardım edən müxtəlif təşkilatlara
772 milyon avro ödəmişdi.
İndi Ermənistanın
30 illik müharibədən
sonra hansı repatrasiya ödənişlərinə
məcbur edildiyini axtarın. Bununla bağlı heç nə tapa bilməyəcəksiniz.
Ona görə ki, erməni faşizmi dünya tərəfindən qətiyyətlə
ittiham edilmək əvəzinə, alman faşizmindən fərqli
olaraq, ərköyün
uşaq kimi bəslənilib sığallanır.
Ukrayna ilə aparılan müharibədə
bütün dünya Rusiyaya qarşı birləşib, qanlı döyüşlərdə Ukraynaya
ciddi yardım edir. Rusiyaya qarşı tətbiq edilən aksiyaların, qadağaların sayı-hesabı
yoxdur. Ermənilər
isə hələ də "məzlum xalq" titilunun kölgəsində yaşamağa
çalışır, törətdikləri
cinayətlərdən heç
birinin bədəlini ödəmək niyyətində
deyillər. Özlərini
məharətlə faşist
qiyafəsi altında gizlənən məzlum
xalq kimi göstərməyi bacarırlar.
Bu gün Azərbaycan bütün dünyanın gözü
qarşısında işğaldan
azad etdiyi ərazilərində təkbaşına
sıfırdan başlayan
quruculuq işləri aparır, demək olar ki, dağıdılan,
viran qoyulan bütün kənd və şəhərlər
yenidən salınır.
Bu işə milyardlarla vəsait qoyulur. Amma Ermənistan
bu ağır ziyanlardan hansılarını
ödəyəcəyini dilinə
də gətirmir. Ermənilərin qaldırdığı
hay-küy Qarabağdakı
dinc əhalinin, guya, "genosid"ə məruz qalması, blokadaya alınması ilə bağlıdır.
Şuşada I Qlobal
Media Forumunun açılış
mərasimində Prezident
İlham Əliyev bu məsələyə belə aydınlıq gətirib: "Ermənilər
deyildimi Qarabağı
viran qoyan, əlavə yeddi rayonu işğal edən və bir milyona yaxın
insanı evindən, eşiyindən didərgin
salan. Məgər bunların hesabatı verilməyəcəkmi?" Dövlət
başçısı onu
da qeyd edib
ki, ermənilər törətdikləri cinayətlərin
sayı-hesabı olmadığını
yaxşı dərk edirlər. Ona görə vahimə içində yaşayırlar.
Ermənilər törətdikləri
cinayətlərin nə
dərəcədə bağışlanılmaz
olduğunu hamıdan yaxşı bilirlər və ona görə
də bu məsələlərdən yayınmağa
çalışırlar. Azərbaycan
hökumətinin verdiyi
təminatlara belə güvənə bilmirlər. İçlərindəki
düşmənçiliyi yana qoymaqda, sülhə əyilməkdə
acizdirlər.
Məğlub edilən,
ordusu darmadağın
edilən dövlətin
yenidən anlaşılması
mümkün olmayan bir həvəslə silahlanmaya can atması isə itirilən imkanları bərpa etməyə yox, daha yeni fəlakətlərə
yol açır. İlham Əliyev belə müqayisə aparır: "Biz onların şəhərlərini
dağıtmırdıq, biz
onların qəbirlərini
dağıtmırdıq, onların
ölülərinin sümüklərini
çıxarmırdıq. Nə üçün bunu ediblər? Bu insanların ürəyində bizə
qarşı nə qədər nifrət var idi ki,
insanlığa sığmayan
bu əməlləri etsinlər".
Dövlət başçısı
bu forumda həm də Böyük qayıdış
proqramından danışdı.
Artıq 30-dan çox
şəhər və
kəndin baş planı təsdiqlənmiş,
bir çox kəndlərin təməli
qoyulmuşdur: "Həm
Qarabağ, həm Şərqi Zəngəzur
rayonları üzrə
təxminən növbəti
üç il ərzində 150 mindən
çox insanı qaytaracağıq. İndi
biz, necə deyərlər, işin ibtidai mərhələsindəyik.
Çünki layihələndirmə,
tender prosedurları çox vaxt aparır. Biz istəyirik ki, hər şey qayda ilə, qanunla olsun, tam şəffaf olsun və bu
da vaxt aparır.
Əminəm ki, keçmiş köçkünlər
bunu anlayışla qarşılayırlar. Amma
təkcə Qarabağ
regionuna 2026-cı ilə
qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Ümid edirəm ki, Şuşa şəhərinə gələn
il ilk sakinlər
gələcək, yerləşəcəklər".
Azərbaycan viran
qoyulmuş ərazilərə
milyardları xərcləyir,
yeni yollar, körpülər salınır,
şəhərlərin və
kəndlərin bünövrəsi
qoyulur. Ermənilər
isə barışa getməkdə acizdirlər,
mina basdırmaqla, sərhəddə iğtişaşlar
törətməklə məşğuldurlar.
Müharibədən sonrakı
iki il yarım
ərzində onlar bir dəfə də olsun sülhə
maraq göstərməyiblər.
Bu iki il yarım ərzində
Azərbaycanın gördüyü
işlər təkcə
bizim ciddi maliyyə imkanlarına sahib olduğumuzu göstərmir. Biz həm də sübut etdik ki, çox ciddi təcrübəmiz və peşəkar kadrlarımız var. Əgər belə olmasaydı ermənilərin
hələ də davam edən düşmənçiliklərinin fonunda belə miqyaslı layihələri
qısa müddətdə həyata
keçirmək mümkün
olmazdı. İlham Əliyev deyir: "Heç kim təsəvvür edə bilməzdi ki, cəmi iki il
yarım ərzində
bu qədər genişmiqyaslı işlər
görüləcək, özü
də böyük ərazidə - 10 min kvadratkilometri əhatə edən ərazidə durmadan gecə-gündüz
işlər gedir. Azərbaycan ictimaiyyəti
də vaxtaşırı
məlumatlandırılır, həm planlar haqqında, həm də görülmüş
işlər haqqında".
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2023.-
28 iyul.- S.5.