Ermənistan
təxribatlarına susqunluq
sərgiləməsi və
Azərbaycana qarşı
qərəzli çağırışlar
etməsi Fransanın siyasətinin yanlış
olduğunu göstərir
Fransanın Avropa
və Xarici İşlər Nazirliyinin
Laçın yolu ilə bağlı 27 iyul tarixli bəyanatında
Azərbaycanın Laçın
yolunu blokadada saxladığı barədə
iddiasını qətiyyətlə
rədd edirik.
AZƏRTAC xəbər verir ki, bu
barədə Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyinin
mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin
həmin bəyanatına
dair şərhində
qeyd olunub.
A.Hacızadə bildirib
ki, üçtərəfli
Bəyanat çərçivəsində
öhdəliklərə və
danışıqlar prosesinə
istinad edən, nədənsə son üç il ərzində Azərbaycan
ərazilərində erməni
silahlı qüvvələrinin
mövcudluğu, Azərbaycana
qarşı hərbi təxribatların davam etdirilməsi, Azərbaycana
qeyri-qanuni olaraq hərbi məhsulların və minaların ötürülməsi, eləcə
də kommunikasiyaların
açılışına Ermənistan tərəfindən
maneçilik törədilməsi
kimi bəyanatın ciddi pozuntularına önəm verməyən
Fransa tərəfinin yanlışlıqla Azərbaycanın
Laçın sərhəd-buraxılış
məntəqəsi təsis
etməsini öhdəliklərə
zidd olaraq qiymətləndirməsi qəbuledilməzdir.
Beynəlxalq Ədalət
Məhkəməsinin qərarına
istinad edən Fransa tərəfi unudub ki, Məhkəmə
məhz 6 iyul tarixli qərarı ilə Laçın sərhəd-buraxılış məntəqəsinin tam legitim olduğunu təsdiqləyib, bu məntəqəni aradan qaldırmaq və sərhədçiləri geri
çəkmək barədə
Ermənistanın müraciətləri
yekdilliklə rədd olunub.
“Azərbaycan tərəfinin
sərhəddə nəzarət
və şəffaflıq
tətbiq etməklə,
Laçın yolundan qeyri-qanuni məqsədlərlə
istifadənin qarşısının
alınması, yoldan sui-istifadə hallarına yol verilməməsi ilə bağlı öhdəliyi və səlahiyyəti mövcuddur.
Bu səylərə
baxmayaraq, Ermənistan
tərəfi yenə də təxribatlardan əl çəkməyib,
buraxılış məntəqəsinə
atəş açıb,
qaçaqmalçılığa cəhd göstərib və Azərbaycanın icazəsi olmadan əraziyə yük avtomobilləri göndərməyə
çalışıb. Azərbaycan
tərəfi bu təxribatlara baxmayaraq, yenə də Beynəlxalq Qırmızı
Xaç Komitəsi vasitəsilə erməni sakinlərin məntəqədən
keçidinə şərait
yaradıb və yalnız bir gün ərzində - 27 iyul tarixində Laçın sərhəd-buraxılış
məntəqəsindən 34 nəfər şəxsin
7 nəqliyyat vasitəsilə
keçidi təmin olunub. Böyük həcmdə yüklərin
əraziyə daşınması
üçün isə
Ağdam-Xankəndi daxil
olmaqla alternativ yollar təklif edilsə də, Azərbaycanın suveren ərazisində bu qərarına uzun müddət ərzində
nümayiş etdirilən
hörmətsizlik humanitar
vəziyyət ilə
bağlı səslənən
iddiaların yalnız
spekulyasiya olduğunu göstərir.
Bütün bu
məsələlər kontekstində,
Fransa tərəfinin yenə də Ermənistanın təxribatlarına
qarşı susqunluq sərgiləməsi və
Azərbaycana qarşı
qərəzli şəkildə
çağırışlar etməsi Fransa tərəfindən həyata
keçirilən siyasətin
yanlış olduğunu
nümayiş etdirir.
Ümumiyyətlə, Ermənistan tərəfinin manipulyasiyalarına aldanıb məsələ ilə bağlı qərəzli bəyanatlar verməzdən öncə Azərbaycan əleyhinə bu kimi bəyanatların nəyə xidmət etdiyini bir daha düşünməyə, bu kimi bəyanatların bölgədə sülh və sabitliyə xidmət etmədiyini anlamağa çağırırıq”, - deyə şərhdə bildirilib.
Azərbaycan.-2023.- 28 iyul.- S.6.