Peru Respublikasının
Prezidenti Zati-aliləri
xanım Dina Ersilia Boluarte
Zeqarraya
Hörmətli xanım
Prezident,
Peru Respublikasının milli bayramı
– Müstəqillik Günü
münasibətilə Sizə
və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
çatdırıram.
İnanıram ki, Azərbaycan
ilə Peru arasında
dövlətlərarası münasibətlər xalqlarımızın
mənafeləri naminə
bundan sonra da inkişaf edəcək, beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığımız daha da genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar,
dost Peru xalqına daim
əmin-amanlıq və
rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 iyul 2023-cü il
Azərbaycan.-2023.- 29 iyul.-
S.1.