Modern Azərbaycan energetikasının daha bir uğuru

 

Prezident İlham ƏLİYEV: "Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir... Enerji olmayan yerdə inkişaf yoxdur"

 

Azərbaycanda elektroenergetika sahəsi getdikcə daha sürətlə inkişaf edir. Son 20 il ərzində ölkədə 34 elektrik stansiyası inşa edilib bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir.

Hazırda ümumi generasiya gücümüz 7200 meqavatdır. Bunun 3400 meqavatı son iki onillikdə yaradılıb. Dövlətin bu məsələni prioritetlərdən biri kimi seçməsi ölkənin iqtisadi gücünə təkan verib, enerji təhlükəsizliyimizi təmin edib.

Ümumi gücü 800 MVt olan "Şimal" Elektrik Stansiyası Bakının Şüvəlan qəsəbəsində yerləşir. Son 20 il ərzində Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi ölkənin ikinci böyük elektrik stansiyası olan paytaxtın 40 faizdən artıq ərazisini elektrik enerjisi ilə təchiz edən bu mühüm enerji obyektinin işində böyük çətinliklər yaratmışdı.

Suyun səviyyəsinin getdikcə aşağı düşməsi stansiyanın soyutma suyu ilə təchiz olunmasında ciddi problem yaradırdı. Odur ki, yaxın vaxtlarda "Şimal-1" "Şimal-2" elektrik stansiyalarının fəaliyyəti tam dayandırıla bilərdi. Məhz bu təhlükədən qaçmaq üçün təcili olaraq "AzərEnerji" ASC tərəfindən Xəzər dənizinin içərisinə doğru soyuq suyun 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluğunda estakada iki yerdə su nasos stansiyası tikilib. Estakadanın möhkəmliyini təmin etmək üçün isə hər birinin uzunluğu 30 metr olan 1000 dəmir boru svay 20 metr dənizin dibinə vurulub betonlanıb.

Prezident İlham Əliyevin "AzərEnerji" ASC-nin "Şimal" Elektrik Stansiyasının yeni estakadasının, su nasos stansiyalarının "Şimal" Kiçik Su-Elektrik Stansiyasının açılışında iştirak etməsi bu obyektlərin önəminə bir daha diqqət çəkir.

Hazırda burada hər birinin məhsuldarlığı 9 min kubmetr/saat olan 8 nasosdan 2-si ehtiyatda saxlanılmaqla 6-sı fasiləsiz işləyir. Həmin nasoslar dənizin 8,5 metr dərinliyindən götürülən aşağı temperaturda 54 min kubmetr suyu mövcud kanala vurur.

Stansiyalarda SCADA sistemi tətbiq edilir. Nasos klapanların avtomatik idarə olunması rəqəmsal mühafizəsi üçün nəzarət-ölçü cihazları, lokal idarəetmə panelləri, PLC idarəetmə sistemi quraşdırılıb. Bu idarəetmə sistemi mərkəzi idarəetmə otağındakı monitorlara inteqrasiya edilib. Bununla da nasosların məsafədən işə qoşulmasına açılmasına, avadanlıqların rejimlərinin tənzimlənməsinə, kanalda suyun səviyyəsinə nəzarət edilməsinə, şandorun avtomatik açılıb-bağlanmasına şərait yaradılıb.

"Şimal"ın ərazisində "AzərEnerji" tərəfindən daha bir yenilik edilib. İstifadə olunub dənizə axıdılan soyutma suyunun üzərində 300 kVt-lıq kiçik su-elektrik stansiyası tikilib. Stansiya vasitəsilə il ərzində 2,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal ediləcək. Bu enerji "Şimal-1" "Şimal-2" elektrik stansiyalarının təsərrüfat ehtiyaclarını ödəməklə daxili tələbatına sərf olunacaq. Beləliklə, indiyədək "Şimal" Elektrik Stansiyasının daxili tələbatına sərf olunan elektrik enerjisi qənaət edilərək ümumi sistemə ötürüləcək.

Sözügedən bu kiçik su-elektrik stansiyasının tikintisi yerli mütəxəssislər tərəfindən aparılıb.

Xatırladaq ki, "Şimal-2" Elektrik Stansiyası Prezident İlham Əliyevin iştirakı ilə 2019-cu il sentyabrın 5-də istismara verilib. 1950-ci illərdə iki mərhələdə istifadəyə verilən "Şimal" Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılıb. 1998-ci ildə Ulu Öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq "Şimal-1" Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb edilməsinə nail olub. Beləliklə, 2000-ci ildə əsası qoyulan "Şimal-1" stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq "Şimal-2" Elektrik Stansiyasının təməli qoyulub. Stansiyanın tikinti quraşdırma prosesləri 2019-cu ildə tamamlanıb. Azərbaycanda elektrik enerjisi obyektlərinin tikintisi davamlı xarakter daşıyır. Prezident İlham Əliyev bir neçə il əvvəl Mingəçevir şəhərində yenidən qurulmuş "Azərbaycan" İES-in açılış mərasimində demişdir: "Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur".

Hazırda bütün dünyada bərpaolunan enerjiyə üstünlük verilsə , ənənəvi enerji öz əhəmiyyətini itirmir. O cümlədən ölkəmizdə uğurla "yaşıl enerji" layihələrinin həyata keçirilməsinə baxmayaraq, ayrı-ayrı bölgələrdə yeni elektrik enerjisi gücləri yaradılır. "Şimal" Elektrik Stansiyasında istifadəyə verilən yeni obyektlər bunun aydın təzahürüdür.

 

Flora SADIQLI,

Azərbaycan.-2023.- 29 iyul.- S.7.