Qarabağ Şərqi Zəngəzur ərzaq təhlükəsizliyinə mühüm töhfələr verəcək

 

Bu regionda ixracyönümlü məhsulların istehsalı üçün böyük potensial var

 

İşğaldan azad olunan ərazilərin təbii ehtiyatları, xüsusilə kənd təsərrüfatı potensialı ölkəmizin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu torpaqlarda kənd təsərrüfatının inkişafı ilə bağlı işlərə xeyli vaxtdır başlanılıb. Hətta vaxtilə  Qarabağda təsərrüfat sahibi olan, dolanışığı torpaqdan çıxan yerli sakinlər indidən doğma yuvalarına qayıtdıqdan sonra görəcəkləri işlərin planını da qurublar.

İşğaldan əvvəlki dövrdə Qarabağ  Şərqi Zəngəzur ərazisi yüksək kənd təsərrüfatı göstəriciləri ilə seçilirdi. Ölkədə taxıl, pambıq, üzüm, ət,  süd, yun barama istehsalının çox hissəsi həmin ərazilərin payına düşürdü. İndi regionun aqrar sahədə əvvəlki şöhrətini qaytarmaq üçün hazırlıq işləri görülür. Məskunlaşma prosesi başlayandan sonra kənd təsərrüfatı ilə məşğul olacaq sakinlərin aqrar texnika, toxum, gübrə digər lazımi vasitələrlə təmin edilməsinə dair  dövlət planı hazırlanıb. Onu da deyək ki,  bu bölgədə ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı üçün böyük potensial da var.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha böyük inkişafına yol açıb. Bu barədə faktlar deyir?  Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2023-cü ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5865,2 milyon manat təşkil edib. Bu məbləğin 2897 milyon  manatı heyvandarlıq, 2968,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin eyni  dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,7, bitkiçilik məhsulları üzrə 3  faiz artıb. 2023-cü ilin 6 ayı üzrə ümumi məhsulun  49,4 faizi heyvandarlığın, 50,6 faizi bitkiçiliyin payına düşüb. 

Ölkə üzrə bu inkişafın ləngiməməsi üçün Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, həmçinin üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri daha da genişləndirilməlidir. Şübhəsiz, dövlət bu işdə kənarda qalmayacaq, həm  öz tövsiyələrini verəcək, fermerlərə, oraya qayıdacaq vətəndaşlara hərtərəfli  dəstək  göstərəcək,  həm onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaq üçün şərait yaradacaq.  Bu da fermerə stimul verməklə yanaşı, məhsulların əkilməsinə, meyvə bağlarının salınmasına marağını artıracaq. Kənd təsərrüfatının bu cür dirçəldilməsi ölkəmizin ixrac potensialında yaşıl işıq rolunu oynayacaq. 

Qarabağ Şərqi Zəngəzurun böyük iqtisadi potensialı,  təbii ehtiyatları var. Bu ərazilərə yerli xarici investisiya qoymaqla əhalinin həm məşğulluğu təmin  edilmiş olacaq, həm bolluq yaranacaq. Qeyd edildiyi kimi, bu rayonlar işğaldan əvvəlki zamanlarda üzümçülük, pambıqçılıq, taxılçılıq heyvandarlıqla məşğul olublar. Sadalanan sahələri bərpadan sonra davam etdirməklə istehsalı artırmaq ixrac potensialını böyütmək mümkündür. Onu deyək ki, bölgə üçün ənənəvi hesab edilən heyvandarlıq taxılçılıqla yanaşı, meyvəçilik tərəvəzçiliyin potensialı genişdir. Bu ərazilərdə kənd təsərrüfatının inkişafında xüsusilə nar, fındıq, çəyirdəkli meyvəçiliyin inkişafı üçün perspektivlər var. Ağdam, Füzuli, Cəbrayıl rayonlarında pambıqçılığın, Ağdam Füzuli rayonlarında tərəvəzçiliyin, Ağdam, Füzuli, Cəbrayıl Zəngilan rayonlarında milli üzüm sortları əsasında üzümçülük-şərabçılıq sahələrinin inkişafı baxımından əlverişli imkanlar mövcuddur. Kəlbəcər Laçın rayonlarının zəngin otlaq yaylaqları heyvandarlığın arıçılığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Həmçinin bu bölgədə heyvandarlıq sahəsinin intensiv yarımintensiv ferma modeli əsasında da inkişafı təmin ediləcək.

Erməni vandallarının viran qoyduğu kənd təsərrüfatını bərpa etmək  xeyli vaxt aparsa da, nəticə yüksək olacaq. Müasir kənd təsərrüfatı avadanlıqlarının istifadəsi, innovativ texnologiyaların tətbiqi aqrar sahədə böyük sıçrayış etməyə imkan verir. Bu, dünyanın hər yerində belədir. Məsələn, ərazisi Azərbaycan ərazisinin yarısı qədər olan Niderlandın iqlim şəraiti kənd təsərrüfatının inkişafına illərlə mane olub. Lakin son innovativ texnologiyalar nəticəsində Niderland kənd təsərrüfatı məhsulları ixracında ABŞ-dən sonra dünyada ikinci yerdə qərar tutub. Ölkə bu uğura görə aqrar sənayedəki texnoloji inqilaba borcludur. 

Qarabağ Şərqi  Zəngəzurda da  qabaqcıl ölkələrin təcrübəsindən istifadə edərək aqrar sektorda böyük uğurlar əldə etmək olar. Bu uğurların mənbəyində təbii ki, bölgənin münbit torpağı, zəngin su ehtiyatları dayanır. Məhsuldarlığın artmasında çox mühüm rol oynayan bu amillər xarici investorların əraziyə cəlb olunmasına yol açacaq. Bu, həm o deməkdir ki, həmin rayonlarda kənd təsərrüfatı ilə yanaşı, emal sənayesi genişlənəcək. Buradakı sənaye parkları emal sənayesi üçün infrastrukturların yaradılmasına xidmət edəcək. Məhz bu səbəbdən bir çox xarici şirkətlər, o cümlədən İsrail, Belarus Rusiya müəssisələri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aqroşəhərlər kənd kommunaları tikməyə hazır olduqlarını bəyan ediblər.

Prezident İlham Əliyev bu məsələ ilə bağlı fikirlərini Şuşada keçirilən Qlobal Media Forumunda xarici jurnalistlərin suallarını cavablandırarkən belə dedi: "Mən Amerika şirkətlərini kənd təsərrüfatı sahəsində görmək istərdim. Biz, əlbəttə ki, kənd təsərrüfatı sahəsində, suvarmada Amerika şirkətlərinin aparıcı avadanlıqlarından istifadə edirik. Ancaq mən investor görmək istəyirəm, çünki Azərbaycanın kənd təsərrüfatı sahəsinin, xüsusilə azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialı olduqca böyükdür. Burada çox məhsuldar torpaqlar var bizim su resurslarımızın 25 faizi məhz Qarabağdan qaynaqlanır. Təsəvvür edirsiniz?  Biz 30 il bundan məhrum edilmişdik. Ermənilər platinaları dambaları bağlayırdılar bizim 100 minlərlə hektar torpağımız sudan məhrum  edilirdi. Biz məcbur idik ki, artezian quyuları qazaq. Bu gün isə artıq həmin su Qarabağın həyat mənbəyidir, həmin su ehtiyatlarını Azərbaycanın mərkəzi rayonlarına da gətirəcəyik. Belə bir boru kəməri inşa ediləcəkdir".

Bu gün işğaldan azad edilmiş Kəlbəcər, Laçın Zəngilan rayonlarındakı otlaq sahələrində çobanlar öz qoyun sürüləri ilə birlikdədir, həmçinin arıçılar orada öz təsərrüfatlarını qurub məhsul istehsalı ilə məşğuldurlar. Prezidentin təbirincə desək, artıq biz bal  ixracatçısına çevrilmişik. Hazırda Qarabağ Şərqi Zəngəzur bölgəsinin faunasının bərpası üçün   mühüm  tədbirlər  həyata keçirilir.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2023.- 29 iyul.- S.9.