“Nəqliyyat vasitələrinin
ödənişli parklanmasından
daxil olan vəsaitdən istifadə
Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası
Prezidentinin “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli
Qanununun tətbiqi haqqında” 2017-ci il 23 fevral tarixli 1268 nömrəli və “Bakı şəhərində
nəqliyyat vasitələri
sahiblərinin dayanma, durma və parklanma
qaydalarına riayət
etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində
fəaliyyətin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər
haqqında” 2018-ci il 6
iyul tarixli 181 nömrəli fərmanlarının
icrası ilə əlaqədar qərara alıram:
1. “Nəqliyyat vasitələrinin
ödənişli parklanmasından
daxil olan vəsaitdən istifadə
Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham
Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 iyul 2023-cü il
Azərbaycan.- 2023.- 30 iyul.-
S.2.