Nəqliyyat
vasitələrinin ödənişli
parklanmasından daxil olan vəsaitdən istifadə QAYDASI
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il
29 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Nəqliyyat vasitələrinin
ödənişli parklanmasından
daxil olan vəsaitdən istifadə
Qaydası (bundan sonra – Qayda) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun
53-cü maddəsinin XII hissəsinə
əsasən hazırlanmışdır
və dövlət avtomobil yollarında nəqliyyat vasitələrinin
ödənişli parklanmasından
daxil olan vəsaitdən (bundan sonra – vəsait) istifadə ilə bağlı təşkilati
və hüquqi məsələləri tənzimləyir.
1.2. Bakı şəhərinin
inzibati ərazisi istisna olmaqla, dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Respublikası
Daxili İşlər
Nazirliyinin (bundan sonra – Nazirlik) Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı
Agentliyində açılmış
büdcədənkənar vəsaitlər
üzrə xüsusi xəzinə hesabına yığılır.
1.3. Bakı şəhərinin
inzibati ərazisində
dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyinin
(bundan sonra – Agentlik) bank hesabına yığılır.
1.4. Bu Qaydada istifadə olunan anlayışlar “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının
Qanunu və Azərbaycan Respublikasının
digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2. Vəsaitdən istifadə
istiqamətləri
2.1. Nazirlik və
Agentlik tərəfindən
vəsaitdən aşağıdakı
istiqamətlər üzrə
istifadə olunur:
2.1.1. parklanma yerlərinin
idarə olunması və saxlanılması (kommunal, mühafizə, təsərrüfat və
rabitə xərcləri);
2.1.2. parklanma ilə
əlaqədar yol infrastrukturu xərclərinin
ödənilməsi, maddi
və qeyri-maddi aktivlərin, o cümlədən
parkomatların, foto və ya video
qeydiyyat funksiyalarına
malik xüsusi texniki vasitələrin alınması və onların yararlı vəziyyətdə saxlanılması;
2.1.3. parklanma ilə
əlaqədar tətbiqlərin
yaradılması və
onların saxlanılması;
2.1.4. parklanma ilə
bağlı maarifləndirmə
və təbliğat işləri;
2.1.5. nəqliyyat vasitələrinin
saxlanılması üçün
balanslarında olan qaraj və duracaqların
idarə olunması və saxlanılması;
2.1.6. yol hərəkətinin
təşkilinin texniki
vasitələrinin tətbiq
edilməsi;
2.1.7. parklanma qaydalarını
pozmuş şəxslərin
inzibati məsuliyyətə
cəlb edilməsi üzrə tədbirlər
görülməsi üçün
zəruri texniki vasitələrin alınması,
parklanma qaydalarını
pozmuş şəxslərə
inzibati xəta haqqında iş üzrə materialların
göndərilməsi ilə
bağlı poçt
xərclərinin ödənilməsi;
2.1.8. işçilərinin sosial müdafiəsinin gücləndirilməsi.
2.2. Bu Qaydanın
2.1-ci bəndində nəzərdə
tutulanlarla yanaşı,
Agentlik həmin vəsaitdən ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişindaşıma
və ona aid infrastrukturun inkişaf etdirilməsi istiqaməti üzrə də istifadə edir.
2.3. Nazirliyə daxil
olan vəsaitin 50 faizədək, Agentliyə
daxil olan vəsaitin isə 30 faizədək hissəsindən
bu Qaydanın 2.1.8-ci yarımbəndində müəyyən
edilmiş istiqamət
üzrə istifadə
olunur.
3. Yekun müddəalar
3.1. Vəsaitdən istifadəyə
dair rüblük hesabatlar artan yekunla tərtib edilir. Rüblük hesabat hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq, Nazirlik tərəfindən, Bakı
şəhərinin inzibati
ərazisi üzrə
isə Agentlik tərəfindən Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyinə təqdim
edilir.
3.2. Agentliyin hesabına
köçürülən vəsaitin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun
12-1-ci maddəsinə uyğun
olaraq həyata keçirilir.
3.3. Bu Qaydada büdcədənkənar vəsaitdən istifadə ilə bağlı nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnaməyə uyğun olaraq həyata keçirilir.
Azərbaycan.-
2023.- 30 iyul.- S.2.