Hayastanın
humanitar fəlakət
tamaşası
Məğlub ölkə süni gərginlik yaradaraq sülh sazişinin imzalanmasını uzatmaq üçün vaxt qazanmaq istəyir
Tarix boyu Ermənistanın çirkin
əməllərinə, terror,
təxribat və soyqırımları törətmələrinə
şahidlik edən Qarabağ bu gün ermənilərin yeni "humanitar fəlakət" tamaşasının
izləyicisinə çevrilib.
Ermənistanın siyasi
rəhbərliyi səhnələşdirdiyi
yeni şouda Azərbaycanın mənfi
obrazını formalaşdırmaqla
beynəlxalq ictimaiyyəti
manipulyasiya etməyə,
ölkəmiz əleyhinə müxtəlif
təzyiq vasitələrini
işə salmağa cəhd edir. Bu günə qədər heç bir razılaşmaya və öhdəliyə riayət etməyən Hayastan indi də
guya, Qarabağın erməni
sakinlərə münasibətdə
Azərbaycanın təzyiq
üsullarından istifadə
etməklə bölgədə
humanitar böhran yaratması iddiasını
qaldırır.
Əgər iddia
edildiyi kimi olsaydı, ötən gün Beynəlxalq Qırmızı Xaç
Komitəsinin vasitəçiliyi
ilə Qarabağın
erməni əhalisinin
"Laçın" dövlət
sərhəd-buraxılış məntəqəsindən sərbəst
keçidinə növbəti
dəfə şərait
yaradılmaz, Xankəndidən
Gorus istiqamətində
hərəkət edən
7 nəqliyyat vasitəsi
və 34 şəxsin
buraxılış məntəqəsində
yoxlanıldıqdan sonra
Ermənistana keçidi
təmin edilməzdi.
Demək, dövlət
sərhədinin buraxılış
məntəqəsində Azərbaycan
tərəfindən hər
hansı maneə yaradılmır. Bu, bir daha sübut
edir ki, Ermənistan tərəfinin
bugünədək müxtəlif
beynəlxalq platformalarda
verdiyi vədlərdən
boyun qaçıraraq
həyata keçirdiyi
anti-Azərbaycan kampaniyası
bir işə yaramır.
Ermənistanın hay-küyü
humanitar yardımlarla əlaqədar deyil
Ermənistanın növbəti
arzuolunmaz siyasi tamaşası ölkəmizin
ərazi bütövlüyü
və suverenliyinə hörmətsizlik, eləcə
də Qarabağda məskunlaşmış ermənilərin
təhlükəsizliyinə təhdiddir. Bu təxribat xarakterli davranışlar bölgədə
separatizmi fəal şəkildə təşviq
etməklə gərginliyin
artmasına xidmət edir və ermənilərin
cəmiyyətimizə reinteqrasiyasını
gecikdirir.
Rəsmi İrəvan
ölkəmizlə razılaşdırılmadan
suveren ərazilərimizə
"humanitar yük"
adı altında avtomobil konvoyları göndərir. Azərbaycanın
Xarici İşlər
Nazirliyinin açıqlamasında
da qeyd olunduğu
kimi, "Bu təxribat bir daha göstərir ki, Ermənistanın "bölgədə gərgin
humanitar vəziyyət"
iddiaları bu ölkənin qeyri-qanuni fəaliyyətləri davam
etdirmək, əsassız
siyasi manipulyasiya yolu ilə gərginlik
yaratmaq niyyətindən
başqa bir şey deyil".
Sosial şəbəkələrin
Ermənistan seqmentində
yayılan məlumatlarda,
eləcə də bir sıra erməni
siyasətçilərinin açıqlamalarında
da qeyd edilir
ki, ermənilərin yaşadığı Qarabağ
kəndlərində bu
gün vəziyyət
qənaətbəxşdir, ərazilərdə humanitar
fəlakətdən söhbət
belə getmir. Nəzərə almaq lazımdır ki, Azərbaycan ötən müddət ərzində
humanitar yardımların
daşınmasına əngəl
törətsəydi, Qarabağdakı
ermənilərə lazım
olan dərman vasitələri, ərzaq məhsulları və zəruri olan digər humanitar xarakterli yüklər çoxdan tükənmiş
olardı. Buradan bir daha aydın
olur ki, ermənilərin hay-küy
salmaqda məqsədi heç də humanitar yardımlarla bağlı deyil.
Əgər məqsəd
doğrudan da Qarabağda yaşayan ermənilərə yardımla
bağlıdırsa, onda
bunun Ağdam-Xankəndi,
yaxud Xankəndi-Laçın
yolu ilə göndərilməsinin rəsmi
İrəvan üçün
heç bir fərqi olmamalıdır.
Ermənistanın siyasi
rəhbərliyinin əsas
dərdi Laçın
yolunun "dəhliz"
statusunun aradan qaldırılması və
Azərbaycanla sülh
müqaviləsinin imzalanmasıdır.
Ona görə də radikal çirkin niyyətlərini
işə salmaqla, müxtəlif təzyiq üsullarından istifadə
etməklə məkrli
planlarını həyata
keçirməyə çalışır,
regionda sülh və sabitliyin bərqərar olmasına maneçilik törədir.
İrəvan bölgədə
süni gərginlik yaradaraq beynəlxalq ictimaiyyətə öz gündəmini diktə edə bilmək və sülh sazişinin imzalanmasını
bacardığı qədər
uzatmaq üçün
özünə vaxt və fürsət qazanmaq istəyir.
Erməni riyakarlığının
siması
Azərbaycan Qarabağda
yaşayan ermənilərin
ərzaq və humanitar yardım tədarükü üçün
Ağdam-Xankəndi yolundan
istifadə olunmasını
təklif edir. Ermənistan hökuməti
isə humanitar yüklərlə dolu maşın karvanlarını
Laçın istiqamətinə
yönəldir, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi
ərazilərdə aksiyalar
keçirir və Ağdam-Xankəndi yolunun açılmaması üçün
yolu beton bloklarla bağlatdırır.
Lakin unudurlar ki, Azərbaycanın həyata keçirdiyi legitim tədbirləri Laçın yolunun bağlanması kimi təqdim etmək, ölkəmizi növbəti
hiyləgər planın
qurbanına çevirmək
cəhdləri kökündən
yanlış və əbəsdir. Xarici ölkələrdən gətirilən
yüklərin Azərbaycan
tərəfinin müəyyənləşdirdiyi
məntəqədən keçirilərək
Ermənistana daşınmasını
tələb etmək bizim suveren hüququmuzdur.
Çünki ölkəmizə
xaricdən gətirilən
mallara görə Ermənistanın dövlət büdcəsinə
vergi ödənilməsi
heç bir məntiqə sığmır.
Həmçinin nəzərə
almaq lazımdır ki, Ağdamdan Xankəndiyə gedən yol tamamilə təhlükəsiz və
rahatdır, beynəlxalq
standartlara cavab verir. Əks halda Brüsseldə keçirilən görüş
zamanı irəli sürülən bu təklif Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişel tərəfindən
də yüksək dəyərləndirilməzdi. Belə
olan halda qondarma rejimin təmsilçilərinin Ağdam
yolundan istifadədən
imtina etmələrinin
onların siyasi spekulyasiyalarının və
riyakarlıqlarının növbəti
təzahürü olduğu
bir daha öz təsdiqini tapır.
"Dəmir yumruq"
yerindədir
Göründüyü kimi, ölkəmiz Ermənistanın nümayiş
etdirdiyi müxtəlif
siyasi şıltaqlıqlara
rəğmən Qarabağda
yaşayan sadə erməni sakinlərin Laçın yolundan sərbəst keçidini
təmin edir və onların
humanitar yardımla təminatı üçün
daşımaları daha
rahat və sürətli həyata keçirməyə imkan verən Ağdam-Xankəndi
yolundan istifadə etmək təklifini irəli sürür.
İrəvan isə
bütün bunların
fonunda hiyləgər davranışlar sərgiləməyə,
hər vəchlə regionda sülhün bərpasına mane olmağa davam edir. Lakin Ermənistan
unutmamalıdır ki,
44 günlük Vətən
müharibəsində öz
gücü ilə 30 illik işğala son qoyan, BMT-nin qətnamələrinin
icrasına təkbaşına
nail olan Azərbaycanın arxalandığı
"dəmir yumruq"
yerindədir.
Bu mənada Prezident İlham Əliyevin I Şuşa Qlobal Forumunda səsləndirdiyi fikirlər
Ermənistanın siyasi
rəhbərliyinə düzgün
yolu və bu yolla getməyəcəkləri
halda üzləşəcəkləri
qaranlıq məqamları
aydın göstərir:
"Ermənistan son addımını atmalıdır.
Onlar artıq müharibədən sonra bir sıra addımlar
atıblar və mən deməzdim ki, bu addımlar
könüllü olaraq
atılıb. Son iki il yarım
ərzində bir neçə məqam oldu və onlar
birbaşa Ermənistana
nümayiş etdirdi ki, bizim ərazi
bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq.
Bunun nə məna daşıdığı
onlara kifayət qədər aydındır".
Yəni qalib Müzəffər Ali Baş Komandan kimi İlham Əliyev deyir ki, şərtləri yalnız Azərbaycan diqtə edir, məğlub ölkə, sadəcə, seçim edə bilər.
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
29 iyul.- S.7.