Z.T.Mustafayevanın
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin vitse-prezidenti
təyin edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Ziba Tacəddin
qızı Mustafayeva Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin vitse-prezidenti
təyin edilsin.
2. Bu Sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham
Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
28 iyul 2023-cü il
Azərbaycan.-2023.-
29 iyul.- S.2.