Ə.E.İsayevin
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin vitse-prezidenti
təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Əfqan Elçin
oğlu İsayev Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin vitse-prezidenti
təyin edilsin.
2. Bu Sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 iyul 2023-cü il
Azərbaycan.-2023.- 29 iyul.-
S.2.