Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 6, maddə 493, ¹ 10, maddə 968; 2006, ¹ 7, maddə 588, ¹ 9, maddə 743; 2007, ¹ 5, maddə 459; 2009, ¹ 4, maddə 233; 2010, ¹ 2, maddə 80, ¹ 7, maddə 620; 2012, ¹ 12, maddə 1291; 2013, ¹ 3, maddə 292; 2014, ¹ 2, maddə 112, ¹ 5, maddə 477, ¹ 11, maddə 1414; 2015, ¹ 8, maddə 957; 2016, ¹ 5, maddə 861, ¹ 9, maddə 1518; 2017, ¹ 11, maddə 2124; 2018, ¹ 8, maddələr 1677, 1715; 2019, ¹ 2, maddə 294; 2020, ¹ 2, maddə 123; 2022, ¹ 12, maddə 1516; 2023, ¹ 3, maddə 391) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. "Mədəniyyət nazirinin birinci" sözləri "mədəniyyət nazirinin" sözləri ilə əvəz edilsin;

1.2. "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" sözləri "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Avropa İttifaqı tərəfinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyul 2023-cü il

Azərbaycan.-2023.- 29 iyul.- S.2.