Əlicançay
su anbarının tikintisi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, habelə Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş
"Su ehtiyatlarından
səmərəli istifadənin
təmin edilməsinə
dair 2020-2022-ci illər
üçün Tədbirlər
Planı"na uyğun
olaraq ölkədə
su ehtiyatlarının
artırılması, əhalinin
içməli su təminatının yaxşılaşdırılması,
əkinəyararlı torpaqlarda
müasir təsərrüfatlar
yaradılmasının təşviqi
və əhalinin məşğulluğunun dəstəklənməsi
məqsədilə qərara
alıram:
1. Oğuz və
Şəki rayonları
ərazisində Əlicançay
su anbarı tikilsin.
2. Azərbaycan Dövlət
Su Ehtiyatları Agentliyi:
2.1. Əlicançay su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini
təmin etsin;
2.2. Əlicançay su anbarının tikintisi nəticəsində
içməli su ilə təmin ediləcək yaşayış
məntəqələri və
suvarma suyu ilə təmin edilməsi nəzərdə
tutulan əkin sahələri üzrə
prioritetləşdirmə aparmaqla,
Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təkliflərini 5 (beş)
ay müddətində
"Su ehtiyatlarından
səmərəli istifadənin
təmin edilməsi ilə bağlı tədbirlər haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 15
aprel tarixli 1986 nömrəli Sərəncamı
ilə yaradılmış
Komissiyaya (bundan sonra - Komissiya) təqdim etsin.
3. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi,
Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi,
Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Oğuz Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları (qurumları) Əlicançay
su anbarının tikintisindən irəli gələn məsələlərin
həlli ilə bağlı zəruri tədbirlər görsünlər.
4. Komissiya
bu Sərəncamın
2-ci və 3-cü hissələrində
nəzərdə tutulmuş
tədbirlərin əlaqələndirilməsi
məsələlərini həll
etsin.
5. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi bu Sərəncamın 1-ci hissəsində
göstərilən su
anbarının tikintisinin
cari ildə və növbəti illərdə maliyyələşdirilməsi
üçün aidiyyəti
üzrə zəruri tədbirlər görsünlər.
6. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
28 iyul 2023-cü il
Azərbaycan.-2023.-
29 iyul.- S.2.