Kəşfiyyat
və əks-kəşfiyyat
fəaliyyəti haqqında
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
18-ci və 20-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
"Kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004, № 8, maddə
601; 2006, № 2, maddə 64, № 3, maddə 221; 2007, № 11, maddə
1078; 2008, № 8, maddə 710; 2010, № 3, maddə 172; 2014, № 7, maddə
763; 2019, № 5, maddələr 805, 811; 2022, №
1, maddə 3; 2023, № 4, maddə
453) 14-cü maddəsində aşağıdakı dəyişikliklər
edilsin:
1. 14.3-cü maddədə "Hərbi xidmət" sözləri "Hərbi
vəzifə və hərbi xidmət" sözləri ilə əvəz edilsin.
2. 14.4-cü maddədə "hərbi xidmətə qəbul edilmiş şəxslər və onların təhsil müəssisələrinin müdavimləri
(kursantları) hərbi
mükəlləfiyyət qeydiyyatından"
sözləri "həqiqi
hərbi xidmətə
çağırılmış və ya könüllü
daxil olmuş şəxslər hərbi
qeydiyyatdan" sözləri
ilə əvəz edilsin.
3. 14.8-ci maddədə "bu subyektlərdə müəyyən edilmiş
həqiqi hərbi xidmət müddətlərini
başa vurmuş hərbi qulluqçular"
sözləri "Hərbi
vəzifə və hərbi xidmət haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq bu subyektlərdə həqiqi hərbi xidmətdən buraxılaraq
öz ehtiyatlarına keçirilmiş hərbi
vəzifəlilər" sözləri
ilə əvəz edilsin.
4. 14.9-cu maddədə "təlim toplanışı"
sözləri "toplanış"
sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 iyun 2023-cü il
Azərbaycan.-2023.-
29 iyul.- S.2.