Hərbi
vəzifə və hərbi xidmət haqqında
Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
18-ci və 20-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
"Hərbi vəzifə
və hərbi xidmət haqqənda" Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 2, maddə
56; 2015, ¹ 2, maddə 92, ¹ 5, maddə 496, ¹ 7, maddə
821; 2016, ¹ 6, maddələr 999, 1007; 2017, ¹
10, maddə 1769; 2018, ¹ 7 (I kitab),
maddə 1425, ¹ 11, maddələr
2204, 2205; 2019, ¹ 2, maddə 187, ¹ 4, maddə 579, ¹ 5,
maddə 797, ¹ 6, maddə
986; 2020, ¹ 7, maddə 831, ¹ 11, maddə 1338; 2021, ¹ 3, maddə
210; 2022, ¹ 5, maddələr 433, 440; 2023, ¹
2, maddə 190) aşağıdakı
dəyişikliklər edilsin:
1. 2.0.5-ci maddənin birinci cümləsindən "yaşayış
yeri və ya olduğu yer üzrə" sözləri və ikinci cümləsi çıxarılsın.
2. 4-cü maddə üzrə:
2.1. 4.4-cü maddədə "orqanından
ehtiyata" sözləri
"orqanının ehtiyatına"
sözləri ilə əvəz edilsin və həmin maddəyə "aparılır"
sözündən əvvəl
"mərkəzləşdirilmiş qaydada" sözləri əlavə edilsin;
2.2. aşağıdakı
məzmunda 4.5-ci maddə
əlavə edilsin:
"4.5. Müvafiq icra
hakimiyyəti orqanında
müddətli həqiqi
hərbi xidmətdən
ehtiyata buraxılmış,
həmçinin müvafiq
icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və
ya hərbi qeydiyyatından çıxarılmış
hərbi vəzifəlilər
bu Qanunun 4.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada hərbi qeydiyyata alınırlar.".
3. 7-ci maddə üzrə:
3.1. 7.1-ci maddəyə
"Vətəndaşlar" sözündən sonra
"(bu Qanunun
4.4-cü maddəsində nəzərdə
tutulmuş hərbi vəzifəlilər istisna
olmaqla)" sözləri
əlavə edilsin;
3.2. 7.2-ci maddəyə
"Hərbi vəzifəlilər"
sözlərindən sonra
"(bu Qanunun
4.4-cü maddəsində nəzərdə
tutulmuş hərbi vəzifəlilər istisna
olmaqla)" sözləri
əlavə edilsin.
4. 8.2.1-ci maddəyə "qeydləri" sözündən
sonra ", bu Qanunun 4.4-cü maddəsində
nəzərdə tutulmuş
hərbi vəzifəliləri
isə onların hərbi qeydiyyat sənədlərində hərbi
qeydiyyatda olmaları barədə müvafiq icra hakimiyyəti orqanının qeydi" sözləri əlavə
edilsin.
5. 28.6-cı maddənin ikinci cümləsində
"orqanından ehtiyata"
sözləri "orqanının
ehtiyatına" sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 iyun 2023-cü il
Azərbaycan.-2023.-
29 iyul.- S.4.