Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il  9 dekabr tarixli 224 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 12, maddə 704; 2002, ¹ 1, maddə 22; 2004, ¹ 6, maddə 436, ¹ 7, maddə 534; 2005, ¹ 10, maddə 910; 2006, ¹ 7, maddə 588; 2007, ¹ 3, maddə 229; 2014, ¹ 9, maddə 1027; 2015, ¹ 9, maddə 1015, ¹ 11, maddə 1301; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 5, maddə 772, ¹ 8, maddə 1521; 2018, ¹ 2, maddə 175; 2019, ¹ 9, maddə 1487; 2020, ¹ 2, maddə 105; 2022, ¹ 4, maddə 303, ¹ 12, maddə 1440) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi" abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

"Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi

Azərbaycan Respublikası Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi".

2. "Xüsusi Dövlət Mühafizə Xidmətinin" sözləri "Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyul 2023-cü il

Azərbaycan.-2023.- 29 iyul.- S.2.