Azərbaycan
Respublikasının Heydər
Əliyev Mükafatı
Komissiyasının yeni
tərkibinin müəyyən
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikasının
Heydər Əliyev Mükafatı Komissiyasının
yeni tərkibinin müəyyən edilməsi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2015, № 4, maddə
378; 2017, № 4, maddə 561; 2018, № 5, maddə 959; 2021, № 4, maddə
324; 2022, № 5, maddə 472; 2023, № 3, maddə 343) 1-ci hissəsinin
"İsa Həbibbəyli
- Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti" və
"Tahir Salahov - Xalq rəssamı" abzasları ləğv edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
28 iyul 2023-cü il
Azərbaycan.-2023.-
29 iyul.- S.2.