İstehsalat
və məişət
tullantıları haqqında
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli
Qanununun tətbiqi və İstehsalat və məişət tullantıları haqqında
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 26
oktyabr tarixli 3 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "İstehsalat
və məişət
tullantıları haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli
Qanununun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Tullantılar haqqında" Azərbaycan
Respublikası Qanununun
14-1-ci maddəsinin dördüncü
hissəsində və
səkkizinci hissəsinin
ikinci cümləsində,
14-2-ci maddəsinin birinci
hissəsinin birinci abzasının birinci cümləsində və
üçüncü hissəsində,
14-3-cü maddəsinin birinci
və üçüncü
hissələrində, 14-5-ci maddəsinin on beşinci hissəsində,
14-6-cı maddəsinin ikinci
hissəsində, 14-7-ci maddəsinin
birinci hissəsinin beşinci abzasında və doqquzuncu hissəsində, 14-8-ci maddəsinin
yeddinci hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Qanunun
14-2-ci maddəsinin birinci
hissəsinin birinci abzasının birinci cümləsində və
14-3-cü maddəsinin birinci
hissəsində "orqan
(qurum)" dedikdə Azərbaycan Respublikasının
Prezidenti nəzərdə
tutulur;
1.3. həmin Qanunun
14-1-ci maddəsinin dördüncü
hissəsində və
səkkizinci hissəsinin
ikinci cümləsində,
14-3-cü maddəsinin üçüncü
hissəsində və
14-8-ci maddəsinin yeddinci
hissəsində nəzərdə
tutulmuş orqanın
(qurumun) səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla həyata
keçirir;
1.4. həmin Qanunun
14-7-ci maddəsinin doqquzuncu
hissəsində "orqan
(qurum)" dedikdə Azərbaycan Respublikasının
Nazirlər Kabineti nəzərdə tutulur;
1.5. həmin Qanunun
14-2-ci maddəsinin üçüncü
hissəsində, 14-5-ci maddəsinin
on beşinci hissəsində və
14-6-cı maddəsinin ikinci
hissəsində "orqan
(qurum)" dedikdə Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi nəzərdə
tutulur;
1.6. həmin Qanunun
14-7-ci maddəsinin birinci
hissəsinin beşinci
abzasında "orqan
(qurum)" dedikdə Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi nəzərdə
tutulur;
1.7. həmin Qanunun
14-2-ci maddəsinin birinci
hissəsinin birinci abzasının birinci cümləsində "nəqliyyat
vasitələrinin utilizasiyası
üzrə operator"
dedikdə "Təmiz
şəhər" Açıq
Səhmdar Cəmiyyəti
nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. üç ay
müddətində:
2.1.1. Azərbaycan Respublikası
qanunlarının və
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
"İstehsalat və
məişət tullantıları
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2023-cü il 24 iyun tarixli
928-VIQD nömrəli Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.1.2. "Tullantılar haqqında" Azərbaycan
Respublikası Qanununun
14-3-cü maddəsinin birinci
hissəsinə uyğun
olaraq, nəqliyyat vasitələrinin utilizasiyası
fondunun yaradılması
ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.1.3. aşağıdakı normativ hüquqi aktları Azərbaycan Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
təsdiq etsin:
1. "Tullantılar haqqında" Azərbaycan
Respublikası Qanununun
14-1-ci maddəsinin dördüncü
hissəsinə və
səkkizinci hissəsinin
ikinci cümləsinə,
14-8-ci maddəsinin yeddinci
hissəsinə uyğun
olaraq, utilizasiya haqqının məbləğini,
güzəşt məbləğini
və birdəfəlik
ödənişin həcmini;
2. həmin Qanunun
14-3-cü maddəsinin üçüncü
hissəsinə uyğun
olaraq, nəqliyyat vasitələrinin utilizasiyası
fondunun vəsaitinin formalaşdırılması və
istifadə qaydasını;
2.1.4. həmin Qanunun
14-7-ci maddəsinin doqquzuncu
hissəsinə uyğun
olaraq, nəqliyyat vasitəsinin utilizasiyası
üçün ərizənin,
nəqliyyat vasitəsinin
təhvil alınması
barədə aktın
və utilizasiyaya verilmə barədə təsdiqedici sənədin
formalarını təsdiq
edib Azərbaycan Respublikası Prezidentinə
məlumat versin;
2.2. "İstehsalat və məişət tullantıları haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
3. "Təmiz şəhər"
Açıq Səhmdar
Cəmiyyəti "İstehsalat
və məişət
tullantıları haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli
Qanunundan irəli gələn məsələlərin
həlli üçün
zəruri tədbirlər
görsün.
4. "İstehsalat və
məişət tullantıları
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1998, № 10, maddə
611; 2003, № 10, maddə 546; 2007, № 2, maddə 87, № 6, maddə 601; 2012, № 7, maddə
681; 2016, № 1, maddə 51; 2019, № 1, maddə 67; 2020, № 7, maddə
869; 2021, № 7, maddə 726) aşağıdakı
dəyişikliklər edilsin:
4.1. adında və
preambulada "İstehsalat
və məişət
tullantıları" sözləri
"Tullantılar" sözü
ilə əvəz edilsin;
4.2. 2-ci hissə üzrə:
4.2.1. 2.1-ci bənddə "İstehsalat və məişət tullantıları"
sözləri "Tullantılar"
sözü ilə və "və 12-2-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində" sözləri
", 12-2-ci maddəsinin ikinci
hissəsinin ikinci cümləsində, 14-1-ci maddəsinin
dördüncü hissəsində
və səkkizinci hissəsinin ikinci cümləsində, 14-2-ci maddəsinin
birinci hissəsinin birinci abzasının birinci cümləsində
və üçüncü
hissəsində, 14-3-cü maddəsinin birinci və üçüncü
hissələrində, 14-5-ci maddəsinin on beşinci hissəsində,
14-6-cı maddəsinin ikinci
hissəsində, 14-7-ci maddəsinin
birinci hissəsinin beşinci abzasında və doqquzuncu hissəsində, 14-8-ci maddəsinin
yeddinci hissəsində"
sözləri ilə əvəz edilsin;
4.2.2. 2.1-1-ci və 2.1-2-ci bəndlər müvafiq olaraq 2.1-3-cü və
2.1-4-cü bəndlər hesab
olunsun və aşağıdakı məzmunda
2.1-1-ci, 2.1-2-ci və 2.10-1-ci bəndlər əlavə
edilsin:
"2.1-1. həmin Qanunun
14-2-ci maddəsinin birinci
hissəsinin birinci abzasının birinci cümləsində və
14-3-cü maddəsinin birinci
hissəsində "orqan
(qurum)" dedikdə Azərbaycan Respublikasının
Prezidenti nəzərdə
tutulur;
2.1-2. həmin Qanunun
14-1-ci maddəsinin dördüncü
hissəsində və
səkkizinci hissəsinin
ikinci cümləsində,
14-3-cü maddəsinin üçüncü
hissəsində və
14-8-ci maddəsinin yeddinci
hissəsində nəzərdə
tutulmuş orqanın
(qurumun) səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla həyata
keçirir;";
"2.10-1. həmin Qanunun
14-7-ci maddəsinin birinci
hissəsinin beşinci
abzasında "orqan
(qurum)" dedikdə Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi nəzərdə
tutulur;";
4.2.3. 2.1-3-cü bəndə "cümləsində" sözündən
sonra "və 14-7-ci
maddəsinin doqquzuncu hissəsində" sözləri
əlavə edilsin;
4.2.4. 2.12-ci bəndə "dördüncü hissəsində"
sözlərindən sonra
", 14-2-ci maddəsinin üçüncü
hissəsində, 14-5-ci maddəsinin
on beşinci hissəsində və
14-6-cı maddəsinin ikinci
hissəsində" sözləri
əlavə olunsun və həmin bəndin sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin;
4.2.5. aşağıdakı məzmunda 2.13-cü bənd
əlavə edilsin:
"2.13. həmin Qanunun
14-2-ci maddəsinin birinci
hissəsinin birinci abzasının birinci cümləsində "nəqliyyat
vasitələrinin utilizasiyası
üzrə operator"
dedikdə "Təmiz
şəhər" Açıq
Səhmdar Cəmiyyəti
nəzərdə tutulur.".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 iyul 2023-cü il
Azərbaycan.-2023.-
29 iyul.- S.4.