Hərbi
vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikasının 2023-cü il 13 iyun tarixli
914-VIQD nömrəli Qanununun
tətbiqi və Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası
Qanununun tətbiqi və Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti haqqında Əsasnamənin təsdiqi
barədə Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2023-cü il 13 iyun tarixli
914-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən
edilsin ki:
1.1. "Hərbi vəzifə
və hərbi xidmət haqqında" Azərbaycan Respublikası
Qanununun 4.5-ci maddəsində
(birinci halda) nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti
həyata keçirir;
1.2. həmin Qanunun
4.5-ci maddəsində (ikinci
halda) və 8.2.1-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi
Xidməti və Azərbaycan Respublikasının
Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. "Hərbi vəzifə
və hərbi xidmət haqqında" Azərbaycan Respublikası
Qanununun 4.5-ci maddəsinə
uyğun olaraq, Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi
Xidmətində müddətli
həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin
Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi
Xidmətində və
ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində
həqiqi hərbi xidmətdən buraxılıb
həmin orqanın ehtiyatına keçirilməmiş
və ya hərbi qeydiyyatından çıxarılmış hərbi
vəzifəlilərin hərbi
qeydiyyata alınması
prosedurunun müəyyən
edilməsi məqsədilə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2012-ci il 26 sentyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Çağırışçıların və hərbi vəzifəlilərin hərbi
qeydiyyatının aparılması
Qaydası"nda üç
ay müddətində
müvafiq dəyişikliklər
edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.2. "Hərbi vəzifə
və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 13 iyun tarixli 914-VIQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
3. "Hərbi vəzifə
və hərbi xidmət haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti haqqında Əsasnamə"nin təsdiqi
barədə" Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 2, maddə
82; 2015, ¹ 2, maddə 138, ¹ 7, maddə 831, ¹ 11, maddə
1320; 2016, ¹ 6, maddə 1034, ¹ 10, maddə
1612; 2017, ¹ 12 (I kitab), maddələr
2282, 2294; 2018, ¹ 11, maddə 2258; 2019, ¹ 5, maddə 847; 2020, ¹ 7, maddə
878, ¹ 11, maddə 1349; 2021, ¹ 1, maddə
36; 2022, ¹ 4, maddələr 314, 324, ¹ 8, maddə 871; 2023, ¹ 1, maddə
84, ¹ 3, maddə 344, ¹ 4, maddə
471) 5-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 5.2-ci bənddən
"2.0.5-ci maddəsinin ikinci
cümləsində," sözləri
çıxarılsın və
həmin bənddə
"28.6-cı maddəsinin ikinci" sözləri
"28.6-cı maddəsinin üçüncü" sözləri
ilə əvəz edilsin;
3.2. aşağıdakı
məzmunda 5.2-1 - 5.2-3-cü bəndlər əlavə
edilsin:
"5.2-1. həmin Qanunun
2.0.5-ci və 7.3-cü maddələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikası Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri və öz ehtiyatına keçirilmiş
hərbi vəzifəlilərə
münasibətdə Azərbaycan
Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti
və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;
5.2-2. həmin Qanunun
4.4-cü, 4.5-ci (ikinci halda),
8.2.1-ci (ikinci halda) maddələrində və
28.6-cı maddəsinin ikinci
cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi
Xidməti və Azərbaycan Respublikasının
Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;
5.2-3. həmin Qanunun
4.5-ci maddəsində (birinci
halda) nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi
Xidməti həyata keçirir;";
3.3. 5.4-cü bənddən "2.0.5-ci maddəsinin
birinci cümləsində,"
sözləri çıxarılsın,
həmin bənddə
", 7.3-cü maddələrində"
sözləri "maddəsində"
sözü ilə əvəz olunsun və həmin bəndə "8.2.1-ci" sözlərindən
sonra "(birinci halda)" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
28 iyul 2023-cü il
Azərbaycan.-2023.-
29 iyul.- S.4.