Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2004-cü il
24 may tarixli 75 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi
və icrası Qaydaları”nda dəyişiklik edilməsi
haqqında
¹ 242
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta
haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2022-ci il
29 noyabr tarixli 655-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 5, maddə
391; 2005, ¹ 4, maddə 377, ¹ 6, maddə 548; 2007, ¹ 2, maddələr
197, 201; 2008, ¹ 2, maddə 105, ¹ 9, maddə 862; 2009, ¹ 11, maddə
936; 2012, ¹ 1, maddə 44; 2014, ¹ 2, maddə 201; 2016, ¹ 5, maddə
955, ¹ 9, maddə 1596; 2017, ¹ 6, maddə 1237, ¹ 10, maddə
1934, ¹ 11, maddələr 2153, 2159; 2018, ¹ 4,
maddə 782, ¹ 10, maddə
2181, ¹ 12 (II kitab), maddə
2750; 2019, ¹ 3, maddə 539, ¹ 6, maddə 1143, ¹ 7, maddə
1337, ¹ 12, maddə 2079; 2020, ¹ 4, maddə 492; 2023, ¹ 2, maddə
293) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi
və icrası Qaydaları”nın 5.36-cı bəndinə
aşağıdakı məzmunda
üçüncü cümlə
əlavə edilsin:
“Hüquqi şəxs
yaratmadan təsis edilmiş büdcədənkənar
dövlət fondlarının
(dövlət sosial müdafiə fondu və işsizlikdən sığorta fondu istisna olmaqla) maliyyə əməliyyatları
barədə illik hesabatları dövlət
büdcəsinin icrası
barədə hesabatla birgə təqdim olunur.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
27 iyul 2023-cü il
Azərbaycan.-2023.-
29 iyul.- S.6.